ONN İnformasiya Agentliyi

Sumqayıt sakinlərini şantaj edən şəxslər tutulub

Sumqayıt sakinlərini şantaj edən şəxslər tutulub
11 Mart 2022 - 11:48

Sumqayıt sakinlərini şantaj edən şəxslər tutulub.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə martın 5-də 6-cı mikrorayon ərazisində 2 nəfərin şəhər sakini R.Əhmədovu yazışmalarını yayacağı ilə hədələyərək 150 manatını almaları, martın 9-da isə qızıl əşyalar tələb etmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sumqayıt sakinləri – K.Kərimov, F.Rzayev və Z.Dadaşov müəyyən edilərək saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png