ONN İnformasiya Agentliyi

Tovuzda iki nəfər bıçaqlanıb: Ölən var

Tovuzda iki nəfər bıçaqlanıb: Ölən var
08 Dekabr 2021 - 14:45

Tovuz rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.

ONN media xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndindəki çay evinin qarşısında qeydə alınıb.

Çay evini işlədən 1964-cü il təvəllüdlü Ənvər Əlirzayev və onun qardaşı Fərman Əlirzayevlə kənd sakini Maksim Mehdiyev arasında mübahisə düşüb. Bu zaman Maksim Mehdiyev qardaşları bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Ə. Əlirzayev orada ölüb, F. Əlirzayevin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən M. Mehdiyev polis tərəfindən axtarılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png