ONN İnformasiya Agentliyi

Türk məhsullarında virus tapıldı – İdxala qadağa qoyuldu

Türk məhsullarında virus tapıldı – İdxala qadağa qoyuldu
17 Fevral 2021 - 14:02

Özbəkistan Türkiyəyə bildiriş göndərib.

ONN media   xəbər verir ki, Bursa vilayətindən ölkəyə idxal olunan pomidor və bibər toxumuna müvəqqəti qadağa tətbiq edilib.

Özbəkistan Nazirlər Kabineti yanında Dövlət Bitki Karantini Müfəttişliyi (Uzgoskarantin) məhsulların idxalı zamanı müəyyən edilmiş fitosanitar tələblərin pozulmasını aşkarlayıb. Belə ki, “Bursa Toxum Yetişdirmə və Tic” şirkəti tərəfindən idxal olunan 85 kiloqram toxumda pomidorların qəhvəyi qırışması virusu tapılıb.

Qeyd edək ki, ötən ilin noyabr-dekabr aylarında Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məhsullarda qəhvəyi qırışıq virusu aşkar edildikdən sonra Özbəkistanın üç bölgəsindən pomidor və bibər idxalına müvəqqəti qadağa tətbiq etmişdi. Özbəkistan tərəfinin istehsal sahələrində apardığı araşdırmanın nəticələri və respublikanın bu bölgələrindəki istixanaların vəziyyətini təhlil etməsi barədə məlumat verdikdən sonra qadağa aradan qaldırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png