ONN İnformasiya Agentliyi

Türkiyədə MEŞƏ YANĞINI: helikopterlər havaya qaldırıldı

Türkiyədə MEŞƏ YANĞINI: helikopterlər havaya qaldırıldı
22 Sentyabr 2021 - 21:50

Türkiyənin İzmir əyalətinin Qaziəmir rayonunda meşə yanğını olub.

ONN media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, xilasetmə qüvvələrinin havadan və qurudan operativ müdaxiləsi sayəsində yanğını nəzarət altına almaq mümkün olub.

Yaşayış məntəqəsinin yaxınlığında yerləşən Yelki-Bayraqtəpə ərazisində baş verən yanğının səbəbi müəyyən edilməyib.

Alovun ram edilməsi üçün hadisə yerinə 2 helikopter, 11 xüsusi təyinatlı texnika və çox sayda canlı qüvvə cəlb edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png