Oğuz rayonunda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib. ONN media "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb. Belə ki, canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə ikisi uşaq olmaqla 4 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralılardan birinin sifət nahiyəsində xəsarətlər ciddi olduğundan vəziyyəti ağır olaraq qiymətləndirilir.
Oğuzda ŞOK OLAY - Canavar kəndə hücum etdi və...

