21 iyul tarixində “Crystall Hall”da start götürəcək XV Avropa Yay Olimpiya Gənclər Festivalına iki həftədən bir qədər çox vaxt qalıb. ONN media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, yarışların keçirilməsinə 3500 könüllü cəlb olunub. Könüllülər Atletlər Kəndində, hava limanında, bütün idman məkanlarında müxtəlif funksiyaları yerinə yetirəcəklər. Yarışları izləməyə gələn turistlərə həm də ölkəmiz haqqında lazımi məlumatlar veriləcək. Könüllülər həm də yaxın günlərdə “EYOF Bakı 2019” günü Gəncədə” adlı maraqlı konsert proqramı ilə tədbir keçirməyi planlaşdırırlar. Müğənnilər Nadir Qafarzadə və Elton Hüseynəliyev “Könüllülərin ulduz səfiri” elan edilib. Qeyd edək ki, bundan əvvəl Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Leyla Cəmil, Tofiq Hacıyev və məhşur aparıcı Hacı Nuran da festival könüllülərinin “Ulduz səfirləri” elan olunub. Onlar festivala hazırlıq və yarışlar vaxtı ölkəmizin, idmanın, vətənpərvərliyin təbliği ilə könüllü olaraq məşğul olacaq və gənclərin tədbirlərində yaxından iştirak edəcəklər. Atletlər Kəndi yarışa tam hazır vəziyyətdədir. 12 yarış məkanı 21-27 iyul tarixlərində bütün idmansevərlərə qapılarını açacaq. Qeyd edək ki, festivalda bütün idman yarışlarına biletlər pulsuzdur. Hər kəs şəxsiyyət vəsiqəsi ilə dörd ədəd bilet əldə edə bilər. Bu, hətta məktəbli şagirdlərə şamil olunur. İdman müəllimləri isə əməliyyat komitəsinə müraciət etməklə çox sayda bilet ala bilər.
Nadir Qafarzadə və Elton Hüseynəliyev səfir oldu



Bakı buna görə Avropada birincidir - Avro-2020
Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT OLDU
Nadir Qafarzadə Azərbaycanı TƏRK ETDİ
Tünzalə Ağayeva səfir oldu
Azərbaycanda 2 idman kompleksi xəstəxanaya çevriləcək
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Nadir Qafarzadə bir gözündən əməliyyat olundu
Nazir yeni idarə rəisi təyin etdi
Küsülü olan müğənnilər duet oxuyacaq
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
Bu gün Nadir Qafarzadənin oğlunun toyudur
Sürücülərin DİQQƏTİNƏ!
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 