Elektrikli avtomobillərə hazırda maraq böyükdür. Amma elektrikdoldurma stansiyalarının sayının azlığı, bu sahədə peşəkar mütəxəssislərin çatışmazlığı müəyyən çətinliklər yaradır.
Bu sözləri açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı elektrikli avtomobillərin gələcəyini şərh edərkən deyib.
Onun sözlərinə görə, son dövrlər insanlar yaşadıqları evlərin həyətində və ya binalarda elektrikli avtomobillər üçün şarj imkanlarının yaradılmasını istəyirlər:
“Lakin bu da müəyyən problemlər yaradır. Məsələn, son vaxtlar bir binada baş verən yanğına elektrikli avtomobilin şarj edilməsinin səbəb ola biləcəyi barədə iddialar səsləndirildi.
Ümumilikdə, elektrikli avtomobillər hazırda avtomobil sənayesinin ən yeni mərhələsi hesab olunur. Ancaq gələcəkdə daha fərqli texnologiyalar da meydana çıxa bilər. Məsələn, hidrogenlə işləyən avtomobillərin geniş yayılması mümkündür”.
E.Muradlı qeyd edib ki, elektrikli avtomobillərə tələbat var və onların elektrik enerjisi ilə işləməsi əsas üstünlüklərindən biridir:
“Bununla yanaşı, batareyaların utilizasiyası kimi məsələlər hələ də tam həllini tapmayıb. İstehsal və satış artsa da, bu kimi yan prosesləri də nəzərdən qaçırmaq olmaz. Bu, ciddi yanaşma tələb edən mühüm məsələdir.
Son dövrlərdə elektrikli avtomobillərə maraq müəyyən qədər azalıb. Bunun əsas səbəbi isə bu ildən etibarən elektrik və hibrid avtomobillərə tətbiq olunan güzəştlərin ləğv edilməsidir. Gələcəkdə bu güzəştlər yenidən tətbiq olunarsa, bazarda daha əlçatan və münasib qiymətə elektrikli avtomobillərin sayının artacağını gözləmək olar”.



Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Bir sıra hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif edildi
Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
Prezident onları Laçının azad olunmasına görə TƏLTİF ETDİ - SİYAHI
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Prezident “Anadolu” agentliyinə müsahibə verdi - TAM MƏTN
Prezident və xanımı Xətaidə modul tipli hospitalın açılışında iştirak ediblər
Prezident İlham Əliyev "İnterfaks"a müsahibə verdi - TAM MƏTN
Prezident AZTV-yə müsahibə verdi - TAM MƏTN
Vanqadan şok proqnoz: İYUN ayında bu bürclər pulun içində üzəcək — CƏMİ 3 BÜRC
Prezident İlham Əliyev “BBC News”a müsahibə verib
"Qarabağ" Kamilo Duranla vidalaşdı
Qaradağda yeni avtomobil körpüləri tikilir
Azərbaycanda 1-ci sinfə gedənlərin sayı azalır – "Uşaq pulu" həll yolu ola bilər?
Şuşada IV Qlobal Media Forumu keçiriləcək
Türkiyə S-400-ləri bu ölkəyə verir
Kababdan sonra ödəm və kökəlmənin səbəbi
Velosiped və skuter sürənlərin nəzərinə!
1/4 final həyəcanı: İspaniya Belçikanı sınağa çəkəcək
Günün qoroskopu: Situasiyanı yaxşıca götür-qoy edin
Bakıda təmir gedən yollar açıqlandı
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
MİLLİ MƏCLİSİN DEPUTATI SADİQ QURBANOVUN "ZİYALI: TARİX, DÖVLƏTÇİLİK VƏ MİLLİ MƏSULİYYƏT" MƏQALƏSİ ÜZƏRİNƏ DÜŞÜNCƏLƏR
MİQ imtahanının başlayacağı tarix açıqlandı
Boksun əfsanəsi Bakıya gəlir 