Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.
ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə uçuş heyətinin sağlamlıq vəziyyəti yoxlanılıb, təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra aviasiya vasitələrinə baxış keçirilib.
Sonra təlim-məşq planına əsasən, “JF-17C" (Block-III), "Su-25ML", "Su-25" və "L-39" tipli təyyarələrlə praktiki uçuşlar yerinə yetirilib.
Təlimlərdə pilotlar fərdi və qrup şəklində uçuşlar edərək hava məkanında qarşılıqlı fəaliyyət, şərti döyüş tapşırıqlarının və taktiki manevrlərin icrası, hədəflərin aşkarlanaraq məhv edilməsi, eləcə də xüsusi hallarda düzgün qərar qəbul etmə üzrə bacarıqlarını inkişaf etdiriblər.
Uçuş heyətinin döyüş hazırlığının və peşəkarlığının artırılması məqsədilə keçirilən təlim-məşqlərdə əsas diqqət müxtəlif meteoroloji və taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib.



Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev "İnterfaks"a müsahibə verdi - TAM MƏTN
İnsan orqan və toxumalarının transplantasiyası QANUNİLƏŞDİ
Naxçıvanda hərbi təlimlər keçirildi
Milli energetika sistemimiz yeni inkişaf mərhələsində
XİN Moskva Bəyannaməsinin mətnini AÇIQLADI
Dərslər bu formada keçiriləcək - Baş Nazirdən YENİ QƏRAR
Prezident və xanımı Xətaidə modul tipli hospitalın açılışında iştirak ediblər
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
İlham Əliyev açılışda (YENİLƏNDİ)
Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
Trampdan İlham Əliyevə xüsusi dəvət
Türkiyənin məşhur aktyoru vəfat etdi
Paşinyan Rusiyaya getdi
Oğuza istirahətə getdi, kirayə qaldığı evdə öldü
Günün qoroskopu: Səbrli olmağa çalışın
Qəzada ölən Amal narkotikə görə tutulubmuş
Bazar günü hava necə olacaq?
Zaur Kamal qəzaya düşdü
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
Azərbaycanda zəlzələ oldu
Yayda qaralmaq istəyənlər bunlara diqqət etməlidir - Vacib tövsiyələr
İlham Əliyev Trampı təbrik etdi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artdı 