İtaliya sirkində 4 şir 61 yaşlı məşqçini yedilər. ONN media publika.az -a istinadən xəbər verir ki, Triqqano vilayətində baş verən hadisədə öncə şir Ettore Veber adlı məşqçini parçalayıb. Ardından digər 3 şir də 61 yaşlı sirk ustasını tanınmaz hala salıblar. Təcili tibbi yardım gələnədək məşqçinin bədəni tanınmaz hala düşüb və dünyasını dəyişib. Veber İtaliyanın ən məşhur sirk ustalarından biri olub. Xatırladaq ki, hazırda dünyanın 40 ölkəsində sirk arenalarında vəhşi heyvanların iştirakı ilə nömrələr qadağan olunub.
ŞOK HADİSƏ - 4 şir 61 yaşlı kişini yedi

