Müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!
Sizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu müstəqilliyini əldə edən ölkədə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoyub. 26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil edib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı tarixi Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Silahlı Qüvvələr Günü kimi respublikamızda hər il təntənəli şəkildə qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkənin müdafiə məsələlərini daim prioritet məsələ hesab edib. Bu istiqamətdə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu antiterror əməliyyatı nəticəsində qanunsuz erməni hərbi birləşmələri və separatçı qüvvələrinin işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.
İşğaldan azad olunmuş ərazilərimizdə rəşadətli Azərbaycan Ordusu mövqelərini daha da möhkəmləndirərək, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa öz layiqli töhfələrini verir. Əminəm ki, Azərbaycan Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.
Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daim dövlətin diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha hər birinizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram



Zakir Həsənov şəxsi heyəti təbrik etdi
Zakir Həsənov ordumuzu təbrik etdi
Müdafiə naziri şəxsi heyəti təbrik edib
Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
Zakir Həsənov Azərbaycan ordusunu təbrik edib
Zakir Həsənovdan bayram təbriki
Zakir Həsənov: Ordumuz ən müasir silahlarla təmin edilib
Zakir Həsənovdan BAYRAM TƏBRİKİ
Zakir Həsənov Akar və Yaşar Güləri təbrik etdi
Nazir Ordunun yaradılmasının 101 illiyi münasibətilə şəxsi heyəti təbrik edib
Zakir Həsənovun Azərbaycan Ordusuna BAYRAM TƏBRİKİ
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi
Sabahın havası: intensiv yağış, dolu...
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
Leyen bu tarixdə Azərbaycana gəlir
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu
Dəfnə yarpağı ilə ürək necə müalicə edilir?
Venesuelada ölənlərin sayı 235-ə çatdı
Neft bahalaşdı
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Günün qoroskopu: Saatlarınızı məhsuldar keçirməyə çalışın
Prezident bu ölkədəki səfirimizi geri çağırdı
Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi 