"Azərişıq" cənub bölgəsində başlayan güclü külək səbəbindən gücləndirilmiş iş rejiminə keçib. ONN media xəbər verir ki, bu barədə Axar.az-a Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, güclü küləyin yarada biləcəyi fəsadların aradan qaldırılması ilə bağlı qabaqlayıcı tədbirlər görülür: "Abunəçilər baş verə biləcək elektrik enerjisinin kəsintiləri ilə bağlı 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı "Çağrı mərkəzi" ilə əlaqə saxlaya bilərlər. Fərdi qaydada problem yaranarsa, əməkdaşlarımız onu operativ şəkildə aradan qaldırmaga hazırdir".
Cənubda güclü külək: "Azərişıq" hərəkətə keçdi

