Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib. ONN media bildirir ki, bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. T.Mustafayevin sözlərinə görə, ötən gecə bəzi ərazilərin elektrik enerjisi təchizatında qısamüddətli fasilə olub: "Azərişıq" rəhbərliyi başda olmaqla Bakı şəhəri və region texniki departament, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədi ilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhəri ətraf kənd-qəsəbləri və regionlara göndərilib. Gecə saatlarında leysan yağışları səbəbindən Bakı regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Güzdək-Çaylı, Aran RETSİ ərazisində olan Ağcabədi hava elektrik veriliş xətlərində açılma baş verib, əməkdaşlarımız tərəfindən operativ şəkildə aradan qaldırılıb". "Xatırladım ki, son illər "Azərişığ"ın elektrik şəbəkələrində apardığı yenidənqurma işləri nəticəsində ciddi qəzalar baş verməyib hava şəraitinin kəskin keçməsinə baxmayaraq, istehlakçılar ölkə boyu dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur" - deyə Tanrıverdi Mustafayev əlavə edib.
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi



"Azərişıq" hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
İşıqla bağlı əhaliyə müraciət
Şimal bölgəsində bərk külək başladı - “Azərişıq” gücləndirilmiş rejimə keçdi
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
İşığı kəsilən abonentlərin NƏZƏRİNƏ!
Məhəmmədi qəsəbəsində yaşayanların DİQQƏTİNƏ!
Hava şəraiti kəskin dəyişir - “Azərişıq” hərəkətə keçdi
“Azərişıq” hava şəraitiylə əlaqədar qabaqlayıcı tədbirlər görür
Cənubda güclü külək: "Azərişıq" hərəkətə keçdi
“Azərişıq” sədrindən kadr dəyişiklikləri ilə bağlı ƏMR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 