Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib. ONN media bildirir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib: “Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-materila, maşın-mexanizmlər cəlb edilib. Bu isə baş verə bbiləcək kəsinti və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”. “Azərişıq” rəsmisi bəzi regionlarda elektrik enerjisi təchizatında qısamüddətli kəsinti olduğunu qeyd edib: “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə düşən Nabran qəsəbəsində 10 kVt-luq”Muxtadı” hava xətti, “Şirvan” RETSİ-nin ərazisində olan Neftçala şəhərini qıdalandıran hava xətti, “Qərb” RETSİ-nin ərazisindəki Tovuz, Şəmkir və Akstafa rayonlarının ərazilərindəki elektrik ötürücü xəttlərinə verilən elektrik enerjisi təchizatı küləkli hava şəraitində təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb və qısa müddətdə bərpa edilib”. T.Mustafayevin istehlakçılara da müraciət edib: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem yaxud qəza halı gördükdə 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”. Xatırladaq ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaydığı son məlumata görə, güclü Şimal-Qərb küləyi müşahidə ediləcək. Bəzi ərazilərdə küləyin sürəti saniyədə 38 metrə çatacaq.
"Azərişıq" hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi



“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
İşıqla bağlı əhaliyə müraciət
Şimal bölgəsində bərk külək başladı - “Azərişıq” gücləndirilmiş rejimə keçdi
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
“Azərişıq” sədrindən kadr dəyişiklikləri ilə bağlı ƏMR
Nazirlik xəbərdarlıq yaydı, “Azərişıq” tapşırıq verdi
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
"Azərişıq" gücləndirilmiş rejimə keçdi
Güclü küləyin yaratdığı QORXUNC MƏNZƏRƏ - FOTOLAR
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 