"Rəfiqəmlə yazışırdıq. Dedim bu qədər aktiv həyat, ailə və dərsləri bir arada çatdıracammı, bilmirəm. Dedi, çatdıracaqsan! Sən güclüsən, bunu unutma". ONN media xəbər verir ki, bu sözləri Amerikaya köçən tanınmış aparıcı Günel Hümbətova instaqramda yazıb. Nyu-Yorkda təhsil almağa başladığını qeyd edən həmyerlimiz son vaxtlarda həyatında baş verən problemləri dilə gətirib: "Düşündüm bir az.. Həqiqətən də güclü olmaq yaxşıdırmı? Lazımdırmı? Qadın güclümü olmalıdır? Bəli, 21-ci əsrin nümunəvi qadını ailə, karyera uğurlarını bir arada çiynində daşımağı bacaran qadındır... Amma xoşbəxtdirmi? Yoxsa evdə oturub hər gün nahara yemək bişirib uşaqlarını və yoldaşının işdən gələcəyini gözləyən qadın dahamı xoşbəxtdir?" Daha sonra o, amerikalıların və azərbaycanlıların həyata baxışı və dəyərlərini müqayisə edib: "Dərsimiz yeni başlamışdı ki, 70 yaşlı xanım professor müəllim stolunu bir az tələbələrə yaxın çəkmək üçün "Kim kömək edə bilər?" deyə soruşdu. Yekə-yekə oğlanlar gözlərini döyə-döyə qalmışdılar. Məncə bizim oğlanlar həmən durub kömək edərdilər, qədirlərini bilmirik. Bir neçə dəqiqəlik sükutdan sonra mən ayağa durmaq istəyirdim ki, arxa cərgədən biri durub kömək etdi. Daha sonra professor əziyyət verdiyi üçün çox üzr istədi və əlavə etdi ki, sinfdə kimdənsə marixuana iyi gəlir. Xahiş edirəm, dərsimə gəlməzdən öncə çəkməyin. Sonra özünüz bilərsiz. Dərsimdə heç kəsi kefli görmək istəmirəm". Məlumat üçün bildirək ki, G.Hümbətova Amerikada əslən özbək olan Firuz Soliyevlə ailə qurduqdan sonra həmişəlik oraya köçməyə və yaşamağa qərar verib. Cütlüyün Jozefina adında bir qızı var.(publika)
Amerikaya köçən məşhur aparıcı: “Yekə-yekə oğlanlar gözlərini döyə-döyə…”



Elariz Amerikada məktəbə gedir
Həyat yoldaşı Nüşabə Ələsgərlini aldatdı: "...ayrılacam" – VİDEO
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Aynişandan sərt İSMARIC
Həyat yoldaşının arıqlamasını istəyən adam 12 il boyunca ona yemək vermədi
"TIR-la cəsədləri aparırdım..." - Tolga Kareldən DƏHŞƏTLİ AÇIQLAMA
Vüsalə Əlizadə açıq-saçıq geyimlərindən yazdı: “Soğan qabığı kimi…”
Məşhur aparıcı kimlə evlənir?
Şəhriyardan yeni ETİRAF: Qadın ilə kişi arasındakı...
Pərvin Abıyevanın vəziyyəti ağırlaşdı
Erməni qadın Azərbaycan dilində mahnı oxudu
Ərini döyə-döyə öldürən 23 yaşlı qadın DANIŞDI: "Məni hər gün döyürdü..."
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 