Azərbaycanın rus dilinin qorunmasına verdiyi töhfəni Rusiyada çox yüksək qiymətləndirirlər. ONN media xəbər verir ki, bu fikri “Moskva-Bakı” portalına Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. M.Zaxarova deyib: “Biz Azərbaycan Respublikasının dostu olan ölkənin, xalqın dili kimi rus dilinə Azərbaycanda həm maraq, həm də həqiqi sevgi olduğunu görürük. Mənə elə gəlir ki, bu, həm də özünün bir ilham mənbəyinə olan münasibətdir. Bu cür münasibət bizim mədəniyyətlərin xüsusi vəhdəti ilə bağlıdır, o səviyyədə ki, onları ayırmaq nəinki lazım deyil, həm də zərərlidir. Dili, öz cəmiyyətini və mədəniyyətini kütləvi informasiya vasitələri ilə qarşılıqlı olaraq zənginləşdirmək isə (zənnimcə, bu, əlverişli və düzgündür), həm doğru, həm də olduqca vacibdir”. Rusiya XİN-in xüsusi nümayəndəsi Azərbaycan KİV-lərində rusdilli seqmentin bir neçə istiqamətlərini vurğulayıb: “Bu, rus dilində milli, habelə həmvətənlərin və bilavasitə Rusiyada qeydiyyata alınmış və Azərbaycanda müvafiq olaraq rus dilində fəaliyyət göstərən KİV-lərdən ibarətdir. Qeyd etmək istərdim ki, onlar Azərbaycan auditoriyasında böyük populyarlıq qazanıblar. Rus dilində milli kütləvi informasiya vasitələrindən və həmvətənlərimizin KİV-lərindən danışdıqda təxminən 20 nəşri və 15 informasiya agentliyini fərqləndirmək olar. Bu, yaxşı rəqəmdir və göstərilən məhsula olan tələbatın göstəricisidir”. M.Zaxarovanın fikrincə, dildən söhbət getdikdə, təəssüf ki, hər bir ölkədə həm də siyasi məqam ortaya çıxır. Çünki milli siyasət və milli mədəniyyət məsələləri də müşahidə olunur. Rusiya XİN-in sözçüsü vurğulayıb: “Müdriklik ondadır ki, siyasi aspekt də daxil olmaqla cəmiyyətdə olan bu tendensiyalar qarşı-qarşıya gətirilməsin, əksinə onların yaxınlaşması, xarakterik əlamətlərinin vəhdəti ilə məşğul olmaq mümkün olsun. Cəmiyyət, milli mədəniyyət həmişə bu xarakterik cəhətlər üzərində qurulur, yaxud onlara söykənir. Mənə elə gəlir ki, Azərbaycanda bu məsələ ilə bağlı hər şey harmonik şəkildə baş verir. Burada əks mövqe, insanların dil üstünlüyü zəminində qarşı-qarşıya qoyulması, yaxud KİV-lərin seçimində dil amilinə üstünlük verilməsi halları yoxdur. Əksinə, bir ahəng var. Zənnimcə bu, müdrikliyin əlamətidir, belə ki, öz informasiya, mədəniyyət məkanını zənginlışdirmək ciddi problemlərin profilaktikası, gələcəkdə onlara yol verilməməsi imkanı deməkdir. Biz, Azərbaycanın rus dilinin qorunmasına verdiyi töhfəni Rusiyada yüksək qiymətləndiririk”. (axar.az)
Azərbaycanın bu töhfəsini yüksək qiymətləndiririk - Rusiya



Üçtərəfli razılaşmaya ciddi riayət edilməlidir - Zaxarova
Zaxarova: "ABŞ-ın sanksiyalarına Rusiyanın cavabı qaçılmazdır"
Lavrovun Bakı səfəri haqda Rusiyadan rəsmi AÇIQLAMA
Zaxarova bu ölkələri hədələdi
BMT Bakı ilə Qarabağa missiya göndərilməsini razılaşdırır - Zaxarova
Ermənistan bizdən vasitəçi olmağımızı istədi - Zaxarova
Rusiya XİN-in nümayəndəsi Bakıda səfərdədir
Rusiya XİN xüsusi nümayəndə təyin edib
Qarabağ üzrə üçtərəfli işçi qrupunun iclası... - Zaxarova
Moskvadan SON DƏQİQƏ AÇIQLAMASI: Sülh müqaviləsi ilə...
Rusiya Azərbaycanın təşəbbüsünü DƏSTƏKLƏDİ
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq 