Bu gün yeni dərs ili başlandı. Birinci dəfə təhsil ocaqlarına qədəm qoyan məsum körpələrimizi qarşıda çoxsaylı yeni-yeni imkanlar, sonuncu sinfi tamamlayaraq ali məktəblərə imtahan verəcək şagirdləri isə ilk böyük həyat sınaqları gözləyir. Ulu Tanrıdan bütün Azərbaycan məktəblilərinə təhsildə və gündəlik həyatda uğurlar diləyirəm, onların valideynlərinə sağlamlıq, firəvanlıq, xoş əhval-ruhiyyə, övladları ilə münasibətdə səbr, dəyanət və fədakarlıq arzulayıram. ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün Feysbuk səhifəsində yazıb. “Ümid edirəm ki, bugünkü şagirdlərimizin içərisindən gələcəyin əsl alim və ziyalıları, görkəmli ictimai fəallar, siyasət adamları və mədəniyyət xadimləri, kreativ və təşəbbüskar idarəçilər, işğal altındakı torpaqlarımızın son qarışınadək azad etmək qüdrətində və bacarığında olan igid zabit və əsgərlər, nəhayət, milli iradəli əsl Azərbaycan vətəndaşları yetişəcəkdir. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti övladlarımızın firəvan, sabit və təhlükəsiz həyat yaşamaları, ən yaxşı məktəblərdə gözəl təhsil almaları üçün hər cür şərait yaratmış və yaratmaqda davam edir. Yetişməkdə olan gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsi, gözəl təhsil alması, dünya gəncləri ilə müqayisədə rəqabətədavamlı olması dövlətimizin bu sahədə yürütdüyü siyasətin ən ali məqsədidir. Bilik bayramınız və yeni dərs iliniz mübarək olsun əziz şagird və müəllimlər, hörmətli valideynlər!” – o qeyd edib.
Əli Həsənovdan Bilik Günü ilə bağlı paylaşım



Mehriban Əliyevadan Bilik Günü ilə bağlı PAYLAŞIM
Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı PAYLAŞIM
Əli Həsənovdan İbrahimova möhtəşəm - Cavab
Mehriban Əliyeva şagird və tələbələri təbrik etdi
“Məndən soruşurlar ki, niyə hər kəsin təklifini qəbul edirsiniz?” – Əli Həsənov
Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ
Əli Həsənov: ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil
Əli Həsənov hansı işlə məşğul olacaq? — AÇIQLAMA
Əli Həsənov: Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır
Professor Əjdər İsmayılovdan Anım Günü PAYLAŞIMI
Gənc əsgərlər xidmət yerlərinə göndərildi
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 