ONN İnformasiya Agentliyi

Dörd kənd qazsız qaldı - SƏBƏB?

Dörd kənd qazsız qaldı - SƏBƏB?
12-10-2019, 18:33

Zərdab rayonunun dörd kəndinin qaz təminatında fasilə yaranıb.

ONN media bildirir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata əsasən, Zərdab rayonunun Alıcanlı 1, Alıcanlı 2, Çallı, Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 mm diametrində yeraltı orta təzyiqli qaz kəmərini qazıntı işləri aparılan texnika ilə zədələyiblər. Saat 15:00-dan dörd kənddə xeyli sayda abonentin qaz təminatında fasilə yaranıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png