ONN media xəbər verir ki, Dünya Azərbaycanlıları və digər türkdilli xalqları İttifaqı Türkiyənin həyata keçirdiyi «Barış Pınarı Hərəkatı» əməliyyatını dəstəklədiyi haqda Türkiyənin Prezidenti və Türkiyənin Qırğızıstandakı səfirinə məktub ünvanlayıb. Məktubda deyilir:
Türkiyənin həyata keçirdiyi «Barış Pınarı Hərəkatı» əməliyyatı mövcud problemin ən rasional həlli variantıdır Türkiyə digər türkdilli dövlətlərlə dost, qardaş və strateji tərəfdaş ölkə kimi həmişə bir birinə dəstək olublar, mühüm beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə ortaq mövqedən yanaşıblar. Biz həmişə bir-birimizin uğuruna sevindiyimiz kimi, çətin anlarda da bir yerdə olmuşuq, bacardığımız köməkliyi əsirgəməmişik. Dünya Azərbaycanlıları və digər türkdilli xalqları İttifaqı həmişə Türkiyənin öz milli-strateji maraqları çərçivəsində həyata keçirdiyi siyasəti dəstəkləyib, habelə dost və qardaş ölkənin beynəlxalq terrorizmlə mübarizə sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirib. Hazırda Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Barış Pınarı Hərəkatı” əməliyyatı ciddi silahlı qarşıdurma müşahidə olunan Suriya ilə həmsərhəd ərazilərdə terror riskinin minimuma endirilməsi, bu ölkədən milyonlarla qaçqının təhlükəsizliyinin təmin edilməsi, onların üzləşdiyi humanitar problemlərin aradan qaldırılması və sabitliyin təmin olunması üçün digər məsələlərin həlli məqsədini daşıyır. Məlumdur ki, Suriyada münaqişə başlayan dövrdən bu ölkə ilə həmsərhəd olan Türkiyə ciddi qaçqın axını ilə üzləşib. Artıq qardaş ölkədə məskunlaşmış suriyalıların sayı milyonlarla ölçülür.
Təəssüf ki, rəsmi Ankara tərəfindən dəfələrlə, təkidlə qaldırılmasına baxmayaraq, beynəlxalq birlik bu problemin həllinə dəstək göstərməyib. Hesab edirik ki, belə olan təqdirdə Suriya ərazisində təhlükəsiz zonanın yaradılması və qaçqınların həmin ərazilərdə, öz doğma torpaqlarında məskunlaşdırılması məqsədilə həyata keçirilən əməliyyat mövcud problemin ən rasional həlli variantıdır. Digər tərəfdən, Türkiyənin öz sərhədləri yaxınlığına, terror qruplarının nəzarəti altında olan Suriya ərazilərində keçirdiyi hərbi əməliyyat BMT Nizamnaməsinə, BMT-nin “Beynəlxalq terrorizmin ləğv edilməsi tədbirləri haqqında”
Bəyannaməsinə, “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına və digər beynəlxalq qanunvericilik aktlarına söykənir. Qeyd olunan sənədlər terror təhlükəsinə məruz
qalan bu və ya digər dövlətin təkcə öz ərazisində deyil, terror təhlükəsinin mənbəyi olan başqa dövlətlərin ərazilərində də beynəlxalq birliyi xəbərdar etməklə antiterror əməliyyatlarının keçirilməsinə əsas verir.
Azərbaycan da uzun illərdir ki, aqressiv separatizmdən və terrorizmdən əziyyət çəkən bir ölkədir. Bu gün işğal altında olan Azərbaycan əraziləri beynəlxalq terror qruplarının təlim bazası funksiyasını yerinə yetirir.
Türkiyənin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatları bir daha sübuta yetirir ki, terorizmə qarşı ikili standartlar yolverilməzdir və son nəticədə onun daha qlobal miqyasda çiçəklənməsinə zəmin yaradır. Şübhə etmirik ki, Türkiyə beynəlxalq terrorizmə qarşı mübarizənin ön sıralarında yer alan bir dövlət kimi bu prosesə öz töhfəsini verəcək. Bu yolda qardaş Türkiyəyə uğurlar diləyirik.
Dünya Azərbaycanlıları və digər türkdilli xalqları İttifaqı olaraq biz, «Barış Pınarı Hərəkatı» əməliyyatını bütövlükdə dəstəkləyirik və həmişə türk qardaşlarımızın yanındayıq!
Bundan başqa Dünya Azərbaycanlıları və digər türkdilli xalqları İttifaqının RF təmsilçiliyinin rəhbəri Qalib Ağayev Türkiyənin RF səfirliyinə də təmsilçilik adından məktubu təqdim edib. Həm də Azərbaycan təsilsilçiliyinin rəhbəri “Vətən” cəmiyyətinin Prezidenti İsmayıl Rəhimov Türkiyənin Azərbaycandakı səfirliyinə, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisinə dəstək məktubunu təqdim edib.



Əli Həsənov: Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik
Azərbaycandan Türkiyənin əməliyyatına - Dəstək
“Barış Pınarı”na görə futbolçular futboldan kənarlaşdırıldı
Türkiyə Suriyada 181 sığınacağa zərbələr endirib
Bakıya hansı ölkələr dəstək verdi? – Prezident adlar çəkdi
Türkiyənin əməliyyatına Trampdan MÜNASİBƏT
XİN türkdilli ölkələri təbrik etdi
Türkiyə xüsusi təyinatlıları 3 terrorçunu MƏHV ETDİ
Sahibə Qafarova AKP nümayəndə heyəti ilə görüşdü
Türkiyə əməliyyatı dayandırdı – ABŞ-la anlaşma – SON DƏQİQƏ
Əli Həsənov: "Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var"
Fizuli Məmmədov təqdirəlayiq addım
Nazirlər Kabinetindən enerji balansı ilə bağlı QƏRAR
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər
Növbəti 3 gün güclü külək əsəcək
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi
Milli Məclisin növbəti iclası başladı
Arıqlamaq istəyənlər üçün daha bir təbii yol
Pensiya alanlara şad xəbər
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Xankəndiyə növbəti köç karvanı yola salındı
Günün qoroskopu: İşlərin öhdəsindən təkbaşına gəlməyə can atın 