"Sülh çeşməsi" (Barış Pınarı) hərəkatının bölgə xalqlarına və regionumuza sülh və əmin-amanlıq gətirməsini arzulayırıq. Report xəbər verir ki, bu barədə "MÜSİAD Azərbaycan"ın prezidenti Abdürrəhman Uzun Türkiyənin Fərat çayının şərqində həyata keçirdiyi antiterror əməliyyatı ilə yaydığı yazılı bəyanatda qeyd olunub. Onun sözlərinə görə, bu hərəkat Türkiyənin ərazi bütövlüyünü qoruması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Türkiyə yerləşdiyi ərazinin çətin şərtləri səbəbilə, ərazi bütövlüyünü və sərhəd təhlükəsizliyini ön planda tutaraq, regionda sülh bazası olmaq məqsədi ilə hərəkət edir. Bölgə, sülhdən hər ötən gün uzaqlaşdırılmağa məruz qoyularkən, Yaxın Şərqdə sağlam düşüncənin təmsilçisi olan Türkiyənin bu vəziyyətə biganə qalması düşünülə bilməz. Bölgə, dərhal dinclik və əmin-amanlıq şəraitinə qovuşmalıdır. Bu çərçivədə Fərat hərəkatı əməliyyatı ilə başlayan və "Zeytun dalı" hərəkatı ilə davam edən, regiona sülh və əmin-amanlıq gətirməyə yönələn əməliyyatlar, dövlətimz zəruri hesab etdiyinə görə Fəratın şərqi istiqamətində davam edir”. “Keçmişdən bu günə qədər türk və kürd xalqları ortaq bir tarixi bölüşməkdə, əsrlərdir birlik və bərabərlik içərisində yaşamaqdadır. Bu baxımdan, Türkiyə Cümhuriyyətinin, vahid bayraq altında Qurtuluş savaşı mübarizəsi apardığı kürd xalqına qarşı hər hansı düşmənçilik mövqe nümayiş etdirməsi əsla düşünülə bilməz. Sərhəd xəttinin terrorçulardan təmizlənərək stabillik və əmin-amanlığa qovuşması, zülm və müharibə şəraitindən qaçıb vətənlərini tərk etmək məcburiyyətində qalan və Türkiyəyə sığınan Suriya xalqının həsrətini çəkdiyi öz torpaqlarına qovuşması üçün bir zərurətdir. Hərəkat çərçivəsində Avropa və ABŞ tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriyada davamı olan PYD-YPG-nin Türkiyənin hüdudlarından kənara çıxarılması məqsədi güdülür. Türkiyə Silahlı Qüvvələrinin başlatdığı hərəkatın yeganə məqsədi Suriyanın ərazi bütövlüyünü qoruyaraq lazımi olanı etməkdir. “MÜSİAD Azərbaycan” olaraq, dövlətimizin həmlələrini və siyasi mövqeyini dəstəklədiyimizi ictimaiyyətə çatdırırıq. Bu münasibətlə, “Barış pınarı” hərəkatında qəhrəman əsgərlərimizə müvəffəqiyyətlər arzulayır, əməliyyatın başda region xalqları olmaq üzrə, ərazimizə tezliklə sülh, əmin-amanlıq və stabillik gətirməsini arzu edirik”, - deyə A.Uzun qeyd edib.
Azərbaycandan Türkiyənin əməliyyatına - Dəstək



Ərdoğan əməliyyat qərargahında
Türkiyə ordusu 4 PKK terrorçusunu MƏHV ETDİ
Niderlanddakı Azərbaycan və türk diasporunun nümayəndələri “Sülh çeşməsi” əməliyyatına dəstək ifadə ediblər
Türkiyənin əməliyyatına Trampdan MÜNASİBƏT
SON DƏQİQƏ: Ərdoğan elan etdi, Türkiyə rəsmən MÜHARİBƏYƏ BAŞLADI
Bakıdan “Sülh çeşməsi”nə dəstək
Türkiyə 600-dən çox terrorçunu zərərsizləşdirib
Türkiyə Təhlükəsizlik Şurasından yeni antiterror əməliyyatı açıqlaması
"Sülh çeşməsi"ndə mühüm uğur
Suriyadan “Sülh çeşməsi”nə dəstək
Yəhudilər "Sülh çeşməsi"nə etiraz etdi
SON DƏQİQƏ: 2 kənd azad edildi, xüsusi təyinatlılar hərəkətə keçdi, türk ordusu...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 