Atlantik okeanının Toqo sahilləri yaxınlığında Yunanıstana məxsus “Elka Aristotel” tankerinin heyətinin 4 üzvü naməlum yaraqlılar tərəfindən girov götürülüb. ONN media xəbər verir ki, gəminin mühafizəçiləri ilə piratlar arasında atışma olub, mühafizəçilərdən biri güllə yarası alıb. Girov götürülənlərdən 2-si Filippin, 1-i Yunanıstan, 1-i isə Gürcüstan vətəndaşıdır.
Tankerin heyət üzvləri GİROV GÖTÜRÜLDÜ

