Cənab Prezident, hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən təşəkkür edirəm. Bakıya səfər etmək mənim üçün həmişə yalnız müsbət emosiyalarla bağlıdır. Biz özümüzdən soruşanda ki, hər hansı bir yer nə üçün xoşumuza gəlir və ya xoşumuza gəlmir, yəqin ki, cavab belə olacaq: hər şey bizim bu və ya digər yerə gedərkən keçirdiyimiz hisslərdən asılıdır. Bakı çox cəhətdən heyrət doğurur. Mən hələ sovet dövründə burada, Bakıda olmuşam və bu şəhər yadımdadır. İndi gördüklərimizi müqayisə etsək, gecə və gündüz qədər fərq var. Bu, əlbəttə, Sizin rəhbərliyinizlə ölkənizdə həyata keçirilmiş və davam edən böyük inkişafa dəlalət edir. Əlbəttə, Azərbaycan yoxsul ölkə deyil, lakin biz elə nümunələr bilirik ki, pulun olması inkişafa kömək etmir. Burada isə həqiqətən görürük ki, vəsait həyatın daha da yaxşılaşmasına, insanların daha yaxşı yaşamasına sərmayə kimi qoyulur. ONN media xəbər verir ki, bunu Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə görüşündə deyib. O vurğulayıb ki, təkcə Bakının zahiri görkəmi, əlbəttə, çox böyük tərəqqiyə dəlalət edir: "Mən Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Siz bizə dünya dinlərinin nümayəndələri ilə görüşmək imkanı yaratdınız. Mənim fikrimcə, bizim bu cür görüşlərdən çıxarmalı olduğumuz ən başlıca nəticə ondan ibarətdir ki, əxlaq olmasa dünyada istər siyasi, istərsə də fəlsəfi səviyyədə heç bir konsensus ola bilməz. Dünyada konsensus üçün yalnız bir bazis var - əxlaq. Ona görə ki, əxlaq universal dəyərdir. Əgər nəzərə alsaq ki, əxlaq universaldır, xeyir və şər anlayışları bütün bəşəriyyət üçün eynidir. Bu, birinci növbədə əlbəttə, onu göstərir ki, Tanrı var. Ona görə ki, materialist nöqteyi-nəzərdən bəşər mədəniyyətlərinin bu cür böyük müxtəlifliyi şəraitində vahid əxlaqa malik olmaq mümkün olmazdı. Lakin əxlaq vahid və ümumi olduğuna görə, o bizim ünsiyyət saxlamağımıza, həqiqətən birlik yaratmağımıza və qarşıda duran hədəflərə nail olmağımıza imkan verir. Bu mənəvi, dini amilin vacibliyini anlayan dövlət xadimləri, əlbəttə ki, dərin hörmətə layiqdirlər. Mən Sizi aşkar görünən nailiyyətlər, Sizin rəhbərliyinizlə xalqınızın, ölkənizin qazandığı uğurlar münasibətilə bir daha ürəkdən təbrik etmək, gələcək işlərinizdə Tanrıdan Sizə kömək diləmək, Sizin gözəl ailənizə xeyir-dua vermək istərdim. Mən bu ailə ilə sadəcə tanış olmaq deyil, onunla daxilən, mənəvi cəhətdən yaxın oldum. Qoy Sizin bütün işləriniz, xalqınızın, ölkənizin firavanlığına yönəlmiş fəaliyyətiniz həqiqətən uğurlu olsun. Tanrının köməyi ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər inkişaf etsin. Həqiqətən bu ölkələr çox sıx qarşılıqlı əlaqə saxlayırlar. Moskvada necə böyük Azərbaycan diasporu olduğunu bilirsiniz. Bu, bizim Moskva həyatının mühüm hissəsidir. Tanrının köməyi ilə bütün bu amillər ümumi rifaha xidmət etsin. Qonaqpərvərliyə görə Sizə ürəkdən, səmimi qəlbdən təşəkkür edirəm".
Kirill İlham Əliyevə təşəkkür etdi



Prezident Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşdü
"İlham Əliyev müdrik və istedadlı rəhbərdir" - Kirill
İlham Əliyev İrakli Qaribaşvili ilə görüşdü - YENİLƏNDİ
Rusiya patriarxı Kirill Azərbaycan Prezidentini təbrik etdi
İlham Əliyev: Azərbaycan-Qazaxıstan münasibətləri zamanın sınağından çıxıb- YENİLƏNDİ
Prezident İlham Əliyev Rüstəm Minnixanovla görüşdü
İlham Əliyev Baş Naziri qəbul etdi
İlham Əliyev Rumıniyanın yeni səfirini qəbul etd - YENİLƏNDİ
İlham Əliyev və Şahbaz Şərifin geniş tərkibdə görüşü keçirilib
İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul etdi - YENİLƏNDİ
İşdən çıxarılan Əli Həsənov Prezidentə SÖZ VERDİ: Ömrümün axırınacan...
İlham Əliyev və Putin görüşü keçirildi- Tam mətn
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 