Tatarıstan sakini Aqina Altınbayevaya qarşı iki maddə üzrə cinayət işi açılıb. ONN media xəbər verir ki, buna səbəb qadının saatda 130 kilometr sürətlə hərəkətdə olan avtomobilinin sükanını 6 yaşlı oğluna verməsidir. Şübhəli şəxs qismində saxlanılan Aqina yol hərəkəti qaydalarını pozduğu üçün 35 min rubl cərimə də ödəyəcək.
Sükanı 6 yaşlı oğluna verən qadına CƏZA VERİLDİ

