Bakıda beş nəfərin ölümünə səbəb olan Mahmud Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONN media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında hava limanı şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
19 yaşlı M.Əzizov idarə etdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili ilə ağır yol nəqliyyat hadisəsi törədib.
Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
M.Əzizova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə 17 nəfər zərərçəkmiş və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb



Bakıda dəhşətli qəzaya səbəb olan sürücü barəsində qərar verildi
Dəhşətli qəzanı törədən sürücünün - FOTOLAR
Bakıdakı qəza ilə bağlı cinayət işi açıldı
"Tik-Tok"a görə zabiti öldürən şəxs hakim qarşısında
İş adamının qəza törədən kürəkənindən NƏ XƏBƏR?
Dünənki ağır qəzada xəsarət alanların SON DURUMU
Bakıda ana və oğlunun öldüyü ağır qəza ilə bağlı cinayət işi açıldı
Rusiyada 6 il əvvəl cinayət törədən Əlövsət Məmmədov hakim qarşısında
Bakı-Qazax yolunda ağır qəza - ÖLƏN VAR
Bakıda tələbələrin ölümünə səbəb olan şəxs tutuldu - RƏSMİ MƏLUMAT
“Nikosayağı”nın işi Ağır Cinayətlərə göndərildi
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 