ONN İnformasiya Agentliyi

Millət vəkili rüşvət aldığına görə HƏBS EDİLDİ

Millət vəkili rüşvət aldığına görə HƏBS EDİLDİ
25-12-2019, 23:00

Yaponiyada iqtidar partiyasının nümayəndəsi millət vəkili Tsukasa Akimoto həbs edilib. ONN media xəbər verir ki, o, 27500 dollar rüşvət almaqda şübhəli bilinir. İddialara görə, millət vəkili qumarxana açmaq istəyən yerli şirkətdən rüşvət alıb. Üstəlik o, pulları aldıqdan sonra ailəsi ilə birgə tətilə çıxıb. Lakin millət vəkili iddiaları rədd edir. Deputatın ofisində axtarışlar aparan polis, ələ keçirilən sənədlərə dair açıqlama verilməyib. Qeyd edək ki, Tsukasa Akimoto 2018-ci ilə qədər nazirlikdə çalışıb və o qumarxanaların fəaliyyətinə dair işlərdən məsul şəxs olub. Yaponiyada nadir hallarda rast gəlinən deputatın həbsi ölkə gündəmini zəbt edib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png