DTX-nin peşəkarlıqla həyata keçirdiyi bu əməliyyatları yüksək qiymətləndirirəm. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə bu cür tədbirlər Prezidentin siyasi iradəsinin göstəricisi olmaqla qanunun aliliyinin və törədilən cinayətə görə cəzanın labüdlüyünün təmin olunmasına öz müsbət təsirini mütləq göstərəcək. ONN media xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, 36 saylı Xətai Seçki Dairəsindən yeni seçilmiş millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında ötən gün DTX-nin Neftçalada keçirdiyi əməliyyatı şərh edərkən deyib. Millət vəkili bildirib ki, DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır: “Amma bununla yanaşı məhkəmə-hüquq islahatları dərinləşdirilməli, güclü məhkəmə hakimiyyəti yaradılmalıdır. Yalnız inzabati yollarla bu istiqamətdə ciddi uğurlar əldə etmək mümkün olmayacaq. Müəllimlər, həkimlər, kiçik çinli məmurlar əmin olsalar ki, rüşvət verməyəcəkləri halda onlar qanunsuz olaraq işdən çıxarılarsa, məhkəmələrdə öz hüquqlarını müdafiə edə biləcəklər, o zaman heç kimi rüşvət verməyə məcbur etmək mümkün olmayacaq. Eyni zamanda büdcədən maliyyələşən işçilərə öz layiqli həyatlarını qurmağa bəs edəcək qədər maaş verilməlidir ki, qanunsuz yollarla pul qazanmağa can atmasınlar. Həmin maaşı vermək üçün isə iqtisadi islahatlar genişləndirilməlidir. Baş verənləri həyata keçirilən islahatların nəticəsi hesab edirəm və hər kəsi islahatlara dəstək verməyə çağırıram". Qeyd edək ki, DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirib və icra başçısı və birinci müavini də daxil olmaqla, yüksək vəzifəli şəxsləri həbs edib.
DTX-nın Neftçalada keçirdiyi bu əməliyyat... - Millət vəkili



Həsənquliyev Prezidentin çağırışına qoşuldu
Ramil Usubov Qüdrət Həsənquliyevi medalla təltif etdi
Millət vəkilindən AMEA ilə bağlı ŞOK AÇIQLAMA
Türkiyə bayrağını cıran yunan millət vəkili CƏZALANDIRILDI
Bu şəxslərə 10 min manat maaş veriləcək?
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səs verib
Millət vəkili bu vergiyə qarşı çıxdı
Millət vəkili rüşvət aldığına görə HƏBS EDİLDİ
Koronavirusa tutulmuş şəxs ona necə qalib gəldiyini AÇIQLADI
TBMM yeni sədr seçir
Qənirə Paşayeva vəfat etdi
Prezidentin məmurlara xəbərdarlığı: yeni era başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 