Bir müddətdir aktyor Cem Yılmazla Afinada dincələn aktrisa Serenay Sarıkaya sevgili olduqlarını etiraf edib. ONN media xəbər verir ki, cütlük ayrı-ayrı təyyarələrdə Türkiyəyə qayıdıb. Jurnalistlərin suallarını cavablandıran Serenay “Hər şey gördüyünüz kimidir” deyib. Müxbirlərdən birinin “niyə ayrı təyarrədə qayıtdınız” sualına Sarıkaya “Mənim orada işlərim var idi, ona görə bir az gec qayıtdım” cavabını verib.
Xatırladaq ki, aparıcı-aktrisa Defne Samyeli ilə münasibətinə son qoyan Cem verilişlərin birində “Serenaya heyranam” demişdi. Cütlük bu sözlərdən qısa müddət sonra Afinada birlikdə görüntlüənmişdi.Serenaydan gözlənilməz ETİRAF

