Azərbaycanın İtaliya ilə əməkdaşlığı genişləndirmək çərçivəsində bu ölkənin “Leonardo S.p.A” şirkətindən “M-346” hərbi təyyarələrini alması sözügedən reaktiv təlim-məşq təyyarəsinin xarakteristikasını gündəmə gətirib. ONN media sözügedən təyyarənin taktiki-texniki xüsusiyyətlərini təqdim edir: Ümumi parametrləri: Ekipaj: 2 nəfər Uzunluğu: 11.49 m Qanad uzunluğu: 9.72 m Hündürlüyü: 4.76 m Qanadının sahəsi: 23.52 m² Boş çəki: 4,610 kq Yüklü çəki: 6,700 kq Maksimum yükgötürmə: 9,500 kq Uçuş keyfiyyətləri: Maksimal sürət: 1,059 km/s Uçuş məsafəsi: 1,981 km Maksimal uçuş məsafəsi: 2,722 km (əlavə 3 yanacaq çəni ilə) Uçuş hündürlüyü: 13,716 m Yüksəkliyə qalxma sürəti: 6,705 m/dəq Qanad yüklənməsi: 285 km/m² Çəkmə gücünün çəkiyə nisbəti: 0.84 Silahlanması: Xarici asmalarda 3000 kq ağırlığında raket və ya aviabomba daşıya bilər. Məlumat üçün bildirək ki, əvvəllər Rusiyanın “Yakovlev” şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra “Alenia Aermacchi” şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başlayıb. Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilib. Hazırda İtaliya, İsrail, Azərbaycan, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur. 2016-cı ildə “Alenia Aermacchi”nin “Finmeccania” şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən “Leonardo S.p.A” şirkəti olub. Qeyd edək ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında M-346 hərbi təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər. Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanıb.
Bakının İtaliyadan aldığı hərbi təyyarə nəyə qadirdir?



"Kızılelma" nəyə qadirdir?
Rusiyanın yeni raketinin özəllikləri AÇIQLANDI
Şimali Koreya Yapon dənizinə ballistik raket atdı
Moskvanı bu yolla dağıdacaqlar
Azərbaycanın yeni PUA-ları təqdim edildi
Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı: 11 min ölü...
Rusiya Ermənistana niyə silah göndərir?- VİDEO
Helikopter qəzası: "Qara qutu”dan çıxan məlumatlar - FOTOLAR
Rusiyanın itkiləri açıqlandı - DƏHŞƏTLİ RƏQƏMLƏR
Türkiyə HHQ-nin nümayəndələri Azərbaycana gəlib
Türkiyə Naxçıvandakı hərbi hərəkətliliklə bağlı MƏLUMAT YAYDI - VİDEO
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edildi
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ 