“Bizim üçün böyük itkidir, şəxsən mən gözəl bir insanı itirmişəm. Münasibətlərimiz həmişə çox yaxşı olub. Sağlamlığı ilə bağlı əziyyət çəkirdi, Allah rəhmət etsin. Rafael Dadaşov Azərbaycan teatr tarixində böyük bir səhifə yazıb. O, sənətkar ailəsində və teatr mühitində böyümüşdü”. ONN media xəbər verir ki, bu sözləri bir neçə saat əvvəl Xalq artisti Rafael Dadaşovun II Fəxri Xiyabanda keçirilən dəfn mərasimində iştirak edən Mədəniyyət naziri Əbülfəs Qarayev aktyorla bağlı xatirələrini jurnalistlərlə bölüşərkən deyib: “Azərbaycanın bir neçə regionlarının teatrlarında çalışsa da, sözsüz ki, əsas fəaliyyəti Azərbaycan Akademik Milli Dram Teatrı ilə bağlı idi. Onun səhnədə canlandırdığı qəhrəmanlar bu gün də yaşayır. 60-70-ci illərdə onun Don Juan rolunu həmişə böyük maraqla izləyirdik. “Hamlet”də kral rolunu, Qoqolun “Müfəttiş” tamaşasını isə çox böyük ustalıqla oynamışdı. Ümumiyyətlə çoxşaxəli insan idi, televiziya və radioda da çalışmışdı. Gözəl dost idi. Cəban prezident və Mehriban xanım Əliyeva həmişə onun səhhətini diqqətdə saxlayırdı. Lazım olan köməkliyi göstərmişdilər, lakin bu, Allahın hökmüdür. Allah ona rəhmət etsin. İndiki vəziyyətdə vida mərasimlərinin keçirilməsi yerinə düşməzdi. Amma biz artıq nəzərdə tutmuşuq ki, teatrların qapıları tamaşaçılara açıq elan edildikdən sonra mütləq onun xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə təşkil olunsun. Mütləq onu yada salayacayıq”.
Nazir Rafael Dadaşovun dəfn mərasimində: “Sağlamlığı ilə bağlı əziyyət çəkirdi”



Azərbaycan kinosuna BÖYÜK İTKİ: Xalq artisti VƏFAT ETDİ
Rafael Dadaşovla vida mərasimi keçirilib
Xalq artisti Şabranda dəfn olunacaq
Xalq artistinin səhhəti AĞIRLAŞDI - Reanimasiyadadır
Xalq artistinin SON HALI
Xalq artistinin dəfninə kimlər gəlmədi?
Tahir Salahov dəfn edildi
İlham Əliyev onları təltif etdi - SİYAHI
Rafael Ağayevə AĞIR İTKİ
Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü
Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı oldu
Nazirdən Fəxrəddin Manafovla bağlı AÇIQLAMA
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq?
Xəzər dənizində zəlzələ oldu
Messi rekordları alt-üst etdi
Məryəmin orqanları 6 nəfərə həyat verdi
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir 