erməni ...mən “erməni” sözünü, “Ermənistan” sözünü bir daha hallandırıb, nifrətlə deyib qeyzlənmək istəmirəm, ah -vay eləyib qəzəblənmək istəmirəm... varaqlayıb tarixi, lap elə Nizamini əzizləmək istəyirəm ulu Ərmən torpaqlarını, ulu ərmən sözünü... “ər” sözü də mənimdi, “mən” sözü də mənimdi, mənim öz ulu yurdum, həm də öz doğma Ərmənimdi. bəlkə də, çox hay-harayçı olduqlarından, babalarımızın adını hay qoyduğu haylar, bir vədə uzaqlardan qovulan başı-gözü qanlı, yazıq-yazıq aman diləyən haylar, Ərmənə sığınan haylar, öz adlarından belə qorxan, utanan, onu gizlədən özünə ərməni deyən haylar əvvəl sözümüzü işğal elədilər... ərəblər gələndə, aranda yaşayan xristian albanlar müsəlman oldu, Ərməndəki, dağlardakı albanlar elə xristian qaldı... haylara qız verdi, qız aldı... ruslar gələndə dağıtdılar albanların kilsələrini, albanlar məcbur olub öz yönünü hay kilsəsinə saldı... uzun müddət anlamadılar bir- birlərinin dillərini... ürəyi təmiz insanlar anlamadı rusun, hayın fellərini... sözümüzdən sonra, qanımızı işğal elədi haylar... çoxumuz çox görmüşük özünə erməni deyənləri... kövrələndə, alban ruhları oyananda, bəziləri... söyür, yamanlayır erməniləri... o zaman dərman kimi sakitləşdirir onları Azərbaycan ruhu, Azərbaycan təranələri... neçəsini belə anda Rəşidə, Rübabəyə, Zeynəbə, ayrısına qulaq asa -asa hönkür-hönkür ağlayan görmüşəm... mən də züm-zümə edib elələrinin göz yaşını silmişəm... ağlaya-ağlaya nəğməmizi işğal elədilər... görürsünüz necə məhəbbətlə daşıyır çoxusu hələ də türk adlarını, soyadlarını? saxta adın içində qarışıq qanla, qarışıq ruhla hay-küy salandan sən nə gözləyirsən qardaşım?! sən nə gözləyirsən, yaxınım, uzağım, vətəndaşım! başqasının əlində çox asan oyuncaq olur belələri... onları öz oyununa salır güclülərin hiylələri... son ikiyüz ildə, xəstəlik kimi, bəla kimi şərdən doğan zat kimi, parazit kimi torpağımıza, tariximizə, taleyimizə daraşdı erməni, onun-bunun əlində bir ov tulası olub ömrümüzə daraşdı erməni... son ikiyüz ildə, son yüz ildə neçə dəfə öz torpağından, öz irmağından, min illər yaşadığı babalarımızın ruhu dolaşan öz doğma oylağından, aranından, yaylağından başı-gözü qanlı, fəryad içində didərgin düşdü doğmalarımız, o ellərdə - cənnət kimi məkanlarda doğulmadı, təbiətdən, kainatdan xeyir-dua almadı nur dolu övladlarımız.... ...1987-də yenə lazım oldular onlar... dağıtmaqçün SSRİ-ni... işə saldılar daşnak motorlu maşını- ermənini... yun paltara güvə atan kimi atdılar sovetlərin canına... “okey!” -dedilər neçə-neçə minlərin axan nahaq qanına, taleyinə, didərgin əhvalına... oyuna düşən ermənilər, yenə damarlarında öz fitrətləri aşan-daşan, şişən ermənilər Qarabağda “Arsax”, “miatsum” deyib yalmandılar ona-buna... səfeh-səfeh sevindi buna Kremldə, Amerikada daşnakdan Qarabağı satmağa ləl-cəvahirət beh almış Raisa Maksimovna1... elə bildi oyun quran özüdür, tezliklə əməl edəcək verdiyi sözə... təbəssümlə irişdi gözünü süzə-süzə.... “Arsax!” deyən anlamadı, “Arsax” – “Ərsak” deməkdi. düşdüyü bu oyun boğazına bir ilgək, özünə bir kələkdi... bura Ərsak torpağı, sən ki təzə gəlmisən, gəlməyin tarixinə də abidə yüksəltmisən. lap elə ərsaksansa, haylarla nə işin var? nə oda qalanırsan? sən kimdən ayrılırsan? Qarabağda oyunlar işlədikcə dərinə, insanlar baxdıqca Kremlin əməllərinə, Qorbaçovun qurduğu oyunlara, Qarabağdan danışanda axan gözlərinə, dolaşan sözlərinə Bakıda aləm dəydi bir-birinə... təşvişə düşdü, yığışdı orda, burda qəzetçilər, alimlər, tələbələr, kəndlilər, müəllimlər, fəhlələr... daha kimlər, kimlər... qorxunun, hürkünün zəncirini qıraraq, “Torpaq verilməz!” deyə hayqıraraq təlatümə gəldilər. təlatümə gəldi başdan-başa Azərbaycan hər kəsin üz-gözündə həyacan, qəlbi dolu qan... üzdə bizə dost deyən, həsəd ilə, tamah ilə siyasət hörükləyən düşmən ilə arxada həvirləşib, anlaşıb torpağımızı işğal elədilər... millətimin canına, dünəninə, bu gününə, sabahına bir qurd kimi daraşan, yedikcə yoğunlayan, harınlayan, həyasızlaşan başı əzilmədikcə daha quduran, daha qızışan bu bəlanı dayandırmaq vaxtıdı! vətəni, yer üzünü oyandırmaq, xeyiri şər əlindən xilas etmək vaxtıdı! bura Ərsak torpağı, sən ki təzə gəlmisən, gəldiyin məyin tarixə inə də abidə yüksəltmisən. lap elə ərsaksansa, haylarla nə işin var? nə oda qalanırsan? sən kimdən ayrılırsan? təşvişə düşdü, yığışdı orda, burda qəzetçilər, alimlər, tələbələr, kəndlilər, müəllimlər, fəhlələr... daha kimlər, kimlər... qorxunun, hürkünün zəncirini qıraraq, “Torpaq verilməz!” deyə hayqıraraq təlatümə gəldilər. təlatümə gəldi başdan-başa Azərbaycan hər kəsin üz-gözündə həyacan, qəlbi dolu qan... üzdə bizə dost deyən, həsəd ilə, tamah ilə siyasət hörükləyən düşmən ilə arxada həvirləşib, anlaşıb torpağımızı işğal elədilər... millətimin canına, dünəninə, bu gününə, sabahına bir qurd kimi daraşan, yedikcə yoğunlayan, harınlayan, həyasızlaşan bu bəlanı dayandırmaq vaxtıdı! getmiş o torpaqları keçmiş o büsatları oyandırmaq vaxtıdı! xeyri şər çaynağından xilas etmək vaxtıdı! dünya bilməlidi, bir yeni kabus əsil, düzgün adı sərsəm “hayvirus”. qara nəfəsiylə qol-qanad açır, özünü tanıdır mələk donunda, dolaşır hələlik asta, ahəstə imkan düşən kimi qanlar axıdır, ruhuyla, qəlbiylə bu ağır xəstə... onu bəlalardan xilas edənə arxadan zərbələr vurur, sevinir. bir az da şirnikir əməllərindən, daha qorxunc, tərs virusa çevrilir... ondan qorunmasa əgər yer üzü, haqqın, ədalətin daha dəhşətlə kor olar gözləri, qırılar dizi.
"erməni"- Əhməd Qəşəmoğlunun dilindən

