Qanunsuz məskunlaşma siyasəti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyasəti heç gizlətmirdilər belə. Onlar dünyanın müxtəlif yerlərindən erməni mənşəli insanları gətirir və onları tarixi Şuşa şəhəri də daxil olmaqla tarixi Azərbaycan ərazilərində məskunlaşdırırdılar. ONN media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Şəhər və kəndlərimizin adlarını dəyişirdilər, hətta xristian dini abidələrinin mənşəyini belə dəyişirdilər. Onlar xristian dininə ibadət edən qədim udilərin dini irsinin mənşəyini dəyişirdilər. Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər. Beləliklə, onlar cinayət predmeti olan bir çox əməllər törədiblər. Sizin də yəqin bildiyiniz kimi, artıq Azərbaycan ziyanın qiymətləndirilməsi prosesinə başlamışdır. Yəni, yaxşı tanınmış beynəlxalq şirkətlərin köməyi ilə maddi, mədəni, mənəvi, ekoloji ziyan hərtərəfli qiymətləndiriləcək və bu da bizə təcavüzkar Ermənistan dövlətini beynəlxalq məhkəmələrə vermək imkanı yaradacaq”, - dövlət başçısı bildirib.
Ziyanın qiymətləndirilməsi prosesi başlayıb - Prezident



Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNDİ
İlham Əliyevə qılınc hədiyyə edildi - FOTOLAR
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Prezident: Onlar Ermənistanın törətdiyi vəhşiliyin şahidi olublar
Prezident və xanımı Alban məbədi ilə tanış oldu - FOTOLAR
Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur- İlham Əliyev
Erməni keşişlərdən HƏYASIZLIQ: Alban-udilərin ibadətinə mane olmaq istədilər
Prezident və xanımı Azıx mağarasında
“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” yeni nəşrdə
Bakı İrəvanın istəyinə razılıq verməyəcək
Alban-udi xristian dini icması bəyanat yaydı
Ölkəmizin yeni dövrü başlayır - PREZİDENT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 