Dünya miqyasında ən populyar brauzerlərin reytinq siyahısı yeniləndi. ONN media bildirir ki, bu barədə "Netmarketshare" şirkəti məlumat yayıb. Məlumata görə, kompüter üçün brauzerlər sırasında Google Chrome 68,5% bazar payı ilə liderlik edir. Microsoft Edge 7,59%-lə ikinci, Mozilla Firefox isə 7,19%-lə üçüncü olub.
Internet Explorer 5,87% bazar payı ilə siyahıda dördüncü yerdə qərarlaşıb.Ən populyar brauzerlərin reytinqi - SİYAHI

