“Microsoft” qısa zaman ərzində “Windows XP”, “Windows ME” və “Windows 7” əməliyyat sistemlərində (ƏS) olan klassik internet oyunlarının dayandırılacağını açıqlayıb. Bu gün isə həmin oyunların nə vaxt aradan qaldırılacağı məsələsi ortaya çıxıb. ONN media bildirir ki, bu barədə “Microsoft” şirkəti məlumat yayıb. Internet Backgammon (nərd), Internet Checkers (dama), Internet Spades, Internet Hearts, Internet Reversi və MSN Go (qo) oyunları “Windows XP” və “ME”də 31 iyul 2019-cu ildən, “Windows 7”də isə 22 yanvar 2020-ci ildən dayanacaq. Klassik “Microsoft Internet” oyunlarının aradan qaldırılması böyük bir auditoriyaya təsir göstərməyəcək, çünki “Windows XP” və “Windows ME” uzun zamandır ki, şirkət tərəfindən dəstəklənmir və ƏS bazarındakı payları əhəmiyyətsizdir. “Netmarketshare”nin məlumatına görə, 2019-cu ilin iyun ayından etibarən internetə qoşulan fərdi kompüterlərin 1.81 faizi “Windows XP”nin idarəsi altında işləyir. Bu vəziyyət hələ də “Microsoft” ƏS-nin ən populyar versiyalarından biri olan “Windows 7”də bir qədər fərqlidir – bazarda onun payı 35 faizdir. “Windows 10” istifadəçiləri dəyişikliklərdən təsirlənməyəcək, çünki bu ƏS versiyası əvvəlcədən yüklənmiş oyunlar olmadan, “Microsoft Solitaire” kolleksiyasının kart oyunları istisna olmaqla təqdim edilir.
Bu tarixdən “Windows 7” və “XP”də olan klassik oyunlar ləğv ediləcək



Bu telefon sahiblərinin diqqətinə
Windows 10 zəifləyir
“Microsoft” “Windows 7”nin son istifadə tarixi nə vaxtı? - Açıqlama
"Microsoft"da inqilabi dəyişklik
Köhnə “Windows” versiyaları məcburi yenilənəcək
Windows yeniləməsi problemlər yaradıb
“Windows” üçün təhlükəli virus yayılıb
Microsoft, Office və Emoji-li klaviatura buraxdı
DİQQƏT: “Windows” sistemində silinməyən virus tapıldı
Sabah hava necə olacaq?
Bu axşam Bakıda İNTERNET OLMAYACAQ
Selçuk Bayraktardan “Windows”un çökməsinə reaksiya
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 