Bu ilin I rübündə ölkə daxilində qazın faktiki istehlak səviyyəsi 4,1 milyard kubmetr təşkil edib. ONN media xəbər verir ki, bu barədə SOCAR-ın I rüb üzrə hesabatında qeyd edilib. Bildirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur: “Ölkə daxilində qaz istehlakının artımı əsasən əhali kateqoriyasında birbaşa istehlak səviyyəsinin yüksəlməsi və qaz-kimya sənayesinin inkişafı hesabına olub"
Azərbaycanda qaz istehlakı artdı

