Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təbii qazın maya dəyərini açıqlayıb. Şirkətin 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında deyilir ki, 1000 kubmetr təbii qazın faktiki istehsal maya dəyəri 61,89 manat təşkil edib. Bu, 2018-ci illə müqayisədə 4,29 manat və ya 7,4% artıqdır. Hesabatda qeyd edilir ki, SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə Əməliyyat Şirkətindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2019-cu ildə SOCAR üzrə satılan 1 000 kubmetr qazın faktiki xərci 140,46 manat təşkil edib. Sözügedən məlumat əhaliyə satılan təbii qazın qiymətinin artırılacağı yönündə narahatlıqlar yaradıb. Maraqlıdır, indiki halda əhaliyə satılan təbii qazın qiymətinin qaldırılması nə qədər realdır? SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Teleqraf.com-a deyib ki, qazın quyunun ağızana qədər çıxarılma xərci, yəni istehsal üzrə maya dəyəri 61,89 manatdır: “Başqa xərcləri də üstünə gəldikdən sonra, yəni qazın emalı, saxlanılması, nəqli xərcləri nəzərə alınmaqla SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 140,46 manat təşkil edir. Başqa sözlə, qazın evə çatdırılması üçün hər 1000 kubmetr mavi yanacağın maya dəyəri 140,46 manatdır. Bəli, burada artım var. Nəinki qaz hasilatında, həmçinin neft hasilatının maya dəyəri də hər il artır. Buradakı 7,4% artım o qədər də kəskin deyil. Bəzən 2, 3, 5, 7, hətta 10 faizə qədər illik hasilatın maya dəyəri arta bilər. Lakin qazın faktki xərcini formalaşdıran təkcə hasilatın maya dəyəri deyil, başqa faktorlar da var. Hasilatın maya dəyəri başqa faktorlarla müqayisədə ümumi maya dəyərinin yarısından az hissəsini təşkil edir. Bir sözlə, hasilatın maya dəyərinin 7 faiz artması, qazın ümumi maya dəyərinə o qədər də böyük təsir göstərmir. Artım gözləniləndir və hər il olacaq. Çünki hər bir yatağı istismar edəndə oradan neft və qaz çıxarmaq çətinləşir. Yataq yaşlandıqca və köhnəldikcə ora daha çox vəsait qoymalısan ki, məhsulu çıxarmaq mümkün olsun. Ümumilikdə 1 il ərzində baş verən artım bir o qədər də böyük hesab olunmur”.Şirkət rəsmisi ehtimal edir ki, bu faktor birbaşa qazın qiymətinin artması üçün əsas götürülə bilməz: “Əhaliyə satılan qazın qiymətinin artması ilə bağlı qərarları dövlət verir. Dövlət özü bilir hansı əsaslara və faktorlara görə qazın satş tarifini müəyyən edir. Keçmişdə qiyməti müəyyən edən qurum Tarif (qiymət) Şurası olub. Yəni qazı çıxaran şirkət özü qiyməti birbaşa müəyyən etmir. Qazın qiymətinin artımı üçün inflyasiyanın səviyyəsi və başqa faktorlar əsas götürülür”. Qazın istehsal maya dəyərinin hansı faiz civarında artması qiymət artımına təsir göstərir? İbrahim Əhmədov deyir ki, satılan hər 1000 kubmetr qazın faktiki xərci 140,46 manatdır: “Hazırda 1000 kubmetr təbii qaz əhaliyə 100 manatdan, sənayeyə isə 200 manatdan satılır. Limiti keçən əhali isə mavi yanacağı 200 manatdan alır. Ortalama 100-200 manat civarnında bir rəqəmdir. Ehtimal edirəm ki, istehsal maya dəyəri ümumi maya dəyərinin 20-30 faizi civarında artarsa, bu məsələyə baxılar. Qiymət artımına təsir göstərən faktorları hesablayan şəxs olmadığım üçün bununla bağlı açıqlama verə bilmərəm. Tarif Şurası deməlidir, qazın maya dəyəri nə qədər olmalıdır ki, qiymət artımı əsas götürülə bilsin. Amma deyə bilərəm ki, hazırda baş verən artım ümumi maya dəyəri nisbətində çox da böyük deyil. İstehsal maya dəyəri 4,29 manat artıb, qazın maya dəyəri də 140,46 manatdır. Ümumilikdə götürsək 2-3 faiz artım var. Buna görə təşvişə əsas görmürəm”.
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA



Azərbaycanda neft və qaz hasilatı artıb
Cəbhə zonasında qazın verilişi bərpa olundu
Azərbaycan və Türkiyədən VACİB QƏRAR: bu müqavilənin müddəti UZADILDI
Avropada qazın qiyməti yeni rekord qırdı
Ərdoğan Azərbaycandan təbii qazın həcminin artırılmasının səbəbini açıqlayıb
Xaricə təbii qaz satışı azalıb
SOCAR-ın satdığı qaz niyə bahalaşıb?
Təbii qazın limiti ilə bağlı ƏHALİYƏ ŞAD XƏBƏR
Laçında 150 ev təbii qazla təmin olundu
Minlərlə şəxsin qazı kəsildi
Avropada təbii qaz ucuzlaşıb
Azərbaycanla Türkiyə qazla bağlı yeni müqavilə imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 