“Xəbərin başlığını oxuyub ağzınıza gələn şərhi yazırsız. Dörd gün əvvəl söyləmədiyim bir fikri götürüb Kamil Zeynallı həbs olunan dövrdə səhifələrində yayırlar, məni insanlara söydürürlər. Mən Mədəniyyət Nazirliyi ilə bağlı fikir bildirmişəm, orada həbs olunan şəxslər barədə rəy vermişəm. Kamil nazirlikdə işləyir? Bunun Kamilə nə aidiyyatı? Heç utanmırsız? İncəsənət insanları sizə nə edib? Bizi görəndə niyə qıcıqlanırsız?”.
Bu sözləri müğənni Xatirə İslam instaqramda canlı yayımda çıxışı zamanı bildirib. Sənətçi xəbər səhifələri tərəfindən tez-tez fikirlərinin təhrif olunmasından danışıb. O qeyd edib ki, izləyicilər məlumatın başlığını oxumaqla kifayətlənirlər: “Kamilin həbs xəbərini eşidəndə gözlərim doldu. Amma onun həbsi barədə danışmamışam, danışmaram. Ümumiyyətlə mənə siyasətlə bağlı suallar verirlər. Siyasi bilgim yoxdur, siyasət barədə danışa bilmirəm. Ola bilsin ki, nəsə səhv danışaram, insanlar məni qınaya bilərlər. Xahiş edirəm, şərh yazarkən diqqətli olun. Xəbəri oxumadan insanı necə söymək olar? Niyə insanlar instaqramda bir-birini söyməlidir? Müğənniləri təhqir edirsiz! Biri də yazır ki, yaxşı ki, toylar yoxdu, müğənnilər işləmir. Toyların olmamağı minlərlə musiqiçiyə ziyandı, balaları ac qala bilər. Buna sevinməklə, təkcə müğənniyə qarğış etmiş olmursuz. Qızıl, paltar satanları, şadlıq sarayı işçilərini, bazarda satıcıları, fotoqrafları da bir düşünün. Toy hər şeylə bağlıdır. Canlı açırsan, söyüş yazırlar. Vicdanınız necə rahat olur?”Daha sonra Xatirə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyi ilə bağlı keçirdiyi əməliyyatı xatırladaraq sənətinə qiymət verilmədiyini vurğulayıb:“Məni öldürmək rahatdır, nəinki qorxutmaq! Allahdan başqa heç kəsdən qorxmuram. Mən Azərbaycan xəritəsini iki dəfə fırlanmışam. Bütün bölgələrdə konsertlərdə olmuşam. Mədəniyyət Nazirliyində çalışanlar nə dərəcədə bizi qəbul edir, qiymətləndirir? Onlar barədə danışmağı özümə sığışdırmıram. Çünki sənətçiyəm! Mədəniyyət nazirinin telefonumda videosu var, çıxışında Azərbaycan dilində danışır, kobud bir səhv edir. Əbülfəs Qarayev mənə yüzə yaxın diplom verib. Yəqin ki, yadından çıxmışam, yoxsa sənətimə qiymət verərdi. Azərbaycan dilini yaxşı başa düşsəydilər, oxumağımı anlayardılar.Hələ bir məsələ var. İşdən çıxan barədə yazırıq, mülklərini sadalayırıq. Bunu vaxtında deməyə qorxursuz. Niyə? Çünki hələ kresloda əyləşib? Yıxılanı baltalamayın”./qafqazinfo



Kamil Zeynallının vəkili: "Ailəsi ilə danışıb və..." - Açıqlama
Gülaydan Kamilin həbsinə reaksiya
Kamil Zeynallı nə vaxt azadlığa çıxacaq?
Məhkəmədən Kamil Zeynallı barədə QƏRAR
Kamil Zeynallı: “Gülay ağlayaraq soruşdu ki, qızımıza nə cavab verəcəyəm?”
Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA
Kamil Zeynallı azadlıqda
Kamil Zeynallı həbs olundu?
İrəvandan Kamil Zeynallı ilə bağlı rəsmi açıqlama
Kamil Zeynallı apellyasiya şikayəti verdi
Kamil Zeynallı Rusiyaya niyə getmişdi?
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 