Bakıda kafedə qadına qarşı silahlı hücum olub.
ONN media xəbər verir ki, aprelin 29-na keçən gecə saat 02.50 radələlərində Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları hadisə yerinə gedib.
Orada kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul teləb etdiyini, kafenin şüşələrini sındırdığını, işçilərdən birinə bıçaqla xəsarət yetirərək oranı tərk etdiyini bildirib.
Dərhal həmin şəxsin saxlanılması üçün axtarış tədbirlərinə başlanılmış, qısa zaman ərzində onun yeri aşkar edilib. Polis əməkdaşları ona yaxınlaşdıqda həmin şəxs bıçaqla onlara hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Belə olduqda polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb. Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb zərərsizləşdirərək yaxalayıb.
Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Müəyyən edilmişdir ki, həmin şəxs 49 yaşlı əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini Teymur Yolçuyevdir.
Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.



Salyanda marketə silahlı basqın - Xəsarət yetirib pul tələb etdilər
Şıx çimərliyində ŞOK OLAY - Bıçaqla hədələdilər və...
Azərbaycanda film kimi olay- Polis...
Azərbaycanda DƏHŞƏT- Yol polisinə hücum olundu
Bakıda DYP əməkdaşına bıçaqla hücum edildi
Polislərə bıçaqlı HÜCUM
Bakıda qadına qarşı CİNAYƏT
Bakıda məktəbdə insident- Özünü yandırmaq istədi və...
Polşada polis sərxoş əcnəbilərə atəş açıb, xəsarət alanlar var
Bakıda gecə "özlərini doğrayan" gənclər kimdir? - Video
Bakıda polis vəzifə başında bıçaqlandı
İranda polis bölməsinə hücum edildi: ölən var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 