ONN İnformasiya Agentliyi

TƏBİB ölkədəki son vəziyyəti AÇIQLADI

TƏBİB ölkədəki son vəziyyəti AÇIQLADI
16-06-2020, 22:30

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 16-na olan statistik göstəriciləri açıqlayıb. ONN media  xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4801 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 391 699 test aparılıb. Onlardan 10 662-nin cavabı pozitiv çıxıb. İndiyədək 126 nəfər COVID-19-dan dünyasını dəyişib, 5948 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 4588 nəfərdir. 133 nəfər reanimasiyada, 29 nəfər süni tənəffüs cihazındadır. Xatırladaq ki, bu gün Azərbaycanda 338 yoluxma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib, 209 pasiyent sağalıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png