Türkiyədə son sutkada daha 21 nəfər koronavirusdan ölüb. ONN media xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 440 nəfərə çatıb. Fahrettin Kocanın sözlərinə görə, bu gün COVID-19-a 933 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirus xəstələrinin ümumi sayı 216 873 nəfərə çatıb. Məlumata görə, bu gün 1 087 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Pandemiya ərzində Türkiyədə koronavirusdan sağalanların sayı 198 820 nəfərdir.
Türkiyədə pandemiya qurbanlarının sayı açıqlandı - SON STATİSTİKA

