Koronavirus pandemiyası dövründə keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb. ONN media xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə müvafiq dəyişikliyin edilməsi barədə əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi prosesinin tənzimlənməsidir. Yeni təlimata görə imtahana gələrkən aşağıdakı sənədləri gətirmək mütləqdir: a) şəxsiyyəti təsdiq edən sənəd; b) şəxsi səhifədən çıxarış; c) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsini; Namizəd şəxsi səhifəsində qeyd olunan vaxtda müəyyən edilmiş imtahan mərkəzində olmalı, imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidir. Maskadan istifadə bütün proses boyu mütləqdir (şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdə müvəqqəti olaraq maskanı çıxartmaq olar); İmtahan binasına daxil olan namizədin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılır və zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır. Yoxlamadan keçərkən namizəd sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi nəzarətçiyə təqdim etməli və tələb olunduğu təqdirdə müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir. Namizədi müşayiət edənlər imtahan mərkəzinin ərazisinə buraxılmayacaqlar. Namizədlər özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmalı və qeyd olunanlara riayət etməlidirlər. İmtahan prosesində tibbi maskasını çıxardan və təlimatdan irəli gələn digər vəzifələri yerinə yetirməyən namizəd imtahandan uzaqlaşdırılacaq və imtahan nəticəsi ləğv ediləcək. Həmin namizəd cari il təkrar müsabiqədə iştirak edə bilməyəcək.
Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ - YENİ TƏLİMAT



Bu gün 17 mindən çox şagird buraxılış imtahanı verəcək
Doqquz minə yaxın şagird imtahan verəcək
Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək
Bu şagirdlər üçün əlavə imtahan keçiriləcək
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün IX sinif şagirdləri buraxılış imtahanı verir
Müəllimlərin nəzərinə: bu tarixdən sənəd qəbulu başlayır
Nazirlik: Daha 871 nəfər işə qəbul olunub
Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək
DİM bu şəxslərə müraciət etdi
Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verəcək
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 