ONN İnformasiya Agentliyi

TƏBİB məlumat yaydı: 226 nəfər...

TƏBİB məlumat yaydı: 226 nəfər...
11-08-2020, 21:56

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 11-nə olan statistik göstəriciləri açıqlayıb. ONN media  xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 318 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 796 459 test aparılıb. Onlardan 33 731-nin cavabı pozitiv çıxıb. İndiyədək 495 nəfər COVID-19-dan dünyasını dəyişib, 30 856 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 380 nəfərdir. 226 nəfər reanimasiyada, 46 nəfər süni tənəffüs cihazındadır. Xatırladaq ki, bu gün Azərbaycanda 84 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 214 pasiyent sağalıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png