ONN İnformasiya Agentliyi

TƏBİB-dən koronavirusla bağlı SON RƏQƏMLƏR

TƏBİB-dən koronavirusla bağlı SON RƏQƏMLƏR
18-08-2020, 21:46

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 18-nə olan statistik göstəriciləri açıqlayıb. ONN media xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 361 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 843 269 test aparılıb. Onlardan 34 474-nün cavabı pozitiv çıxıb. İndiyədək 509 nəfər COVID-19-dan dünyasını dəyişib, 32 201 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 764 nəfərdir. 195 nəfər reanimasiyada, 27 nəfər süni tənəffüs cihazındadır. Xatırladaq ki, bu gün Azərbaycanda 131 yoluxma faktı qeydə alınıb, 1 nəfər dünyasını dəyişib, 159 pasiyent sağalıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png