ONN İnformasiya Agentliyi

Toy mövzusundan imtina etdi: “Mənim nə borcumadır…”

Toy mövzusundan imtina etdi: “Mənim nə borcumadır…”
22-08-2020, 18:33

Xəbər verildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu gündəmin əsas müzakirə mövzularından biri olub.  ONN media xəbər verir ki, cəmiyyətdə və sosial şəbəkələrdə isə bu rəzalətə ziyalıların susmasına təəssüflənirlər və onların məsələyə münasibət bildirməsini tələb edirlər. Moderator.az-ın əməkdaşı məsələylə bağlı bir neçə ziyalının fikrini öyrənib. İlk olaraq Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevə müraciət edib. Yazıçı bir ziyalı kimi məsələnin ona aid olmadığını bildirib: “Mənim nə borcumadır Ramiz Mehdiyev nəvəsinə toy edib. Xahiş edirəm belə mənasız suallarla mənə müraciət etməyin”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png