Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) artıq qurumların ləğv olunması, bəzi müəssisələrdəki şişirdilmiş ştatların olması, ehtiyac duyulmayan mütəxəssislərin çoxluğu nəzərdən keçiriləcək. ONN media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada aparılacaq islahatlar barədə danışarkən deyib. Onun sözlərinə görə, AMEA Prezidenti akademik Ramiz Mehdiyev bu qurumda aparılacaq islahatlarla bağlı öz baxışını Rəyasət Heyətinin yaxın günlərdə keçiriləcək iclasında açıqlayacaq: “AMEA-da aparılacaq köklü islahatlar barədə akademik Ramiz Mehdiyevin fikirləri var. Onun öz fikirlərini akademiyanın elmi ictimaiyyəti qarşısında açıqlayacağını gözləyirik. Akademik Ramiz Mehdiyev uzun illər daşıdığı yüksək vəzifədə olarkən də AMEA-nın fəaliyyətinə nəzarət edib. O, akademiyada gedən proseslərə dərindən bələddir. İndi də təyin olunduğu gündən akademiyadakı prosesləri araşdırır. Hesab edirəm ki, akademik Ramiz Mehdiyevin AMEA prezidenti təyin olunması Azərbaycan Prezidenti İlham Əliyevin qurumun mövqeyinin möhkəmlənməsi, onun daha da inkişaf etdirilərək yeni mərhələyə çatdırılması istiqamətində atdığı addım kimi mühüm əhəmiyyətə malikdir. Konkret olaraq, Mətbuat və İnformasiya İdarəsinin İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə çevrilməsi şübhəsiz ki, akademiyada aparılacaq struktur islahatları və optimallaşdırma siyasəti ilə əlaqədardır”. Qeyd edək ki,oktyabrın 23-də akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilib. R.Mehdiyevdən əvvəl bu vəzifəni akademik Akif Əlziadə icra edib. Xatırladaq ki, AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunub və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb. Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə yeni müdir təyin olunub. AMEA-da bu vəzifəni daha əvvəl Zülfüqar Fərzəliyev icra edirdi.
Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR



Ramiz Mehdiyevə daha bir vəzifə verildi
Ramiz Mehdiyev AMEA-da yeni vəzifələr yaratdı
Ramiz Mehdiyev bu gün istefa verəcək? - Toplantı olacaq
Akademiklər toplandı: Nə baş verir?
Ramiz Mehdiyev Ağahüseyn Şükürova YÜKSƏK VƏZİFƏ VERDİ
Ramiz Mehdiyev bu şəxsi yüksək vəzifəyə təyin etdi
Ramiz Mehdiyev onu İŞDƏN ÇIXARDI
AMEA-dan Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Ramiz Mehdiyev koronavirusa yoluxub? - AMEA -dan AÇIQLAMA
AMEA-nın I vitse-prezidentləri məlum oldu - Adlar
Ramiz Mehdiyevdən yeni təyinatlar
Ramiz Mehdiyev onu işdən çıxardı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 