Mətbuat Şurası müraciət yayıb. ONN media müraciətin mətnini təqdim edir: “Kütləvi informasiya vasitələrimiz Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki durumla bağlı məsələlərə böyük diqqət yetirirlər. Ümumən jurnalistlərimiz Dağlıq Qarabağ münaqişəsinə, onunla əlaqədar istənilən prosesə, yeniliyə, atəşkəsin pozulması hallarına və digər məqamlara maraq göstərirlər. Bu, onların təbiətindən irəli gələn xüsusiyyətdir. Media cəmiyyətin güzgüsüdür, cəmiyyət isə Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalına münasibətdə barışmazdır. Mövzunun həssaslığını şərtləndirən də budur. Ancaq təəssüflə bildirməliyik ki, bəzi media orqanlarının cəmiyyətin həssas yanaşdığı taleyüklü məsələyə münasibəti heç də həmişə adekvat olmur. Qeyri-peşəkarlıq hallarını müşahidə edirik. Sosial şəbəkələrdə yayılmış və Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən vurulduğunu əks etdirdiyi bildirilən video görüntülərin ayrı-ayrı informasiya saytlarında yer alması da bu baxımdan xüsusi diqqət yetirilməli məsələdir. Haqqında söz açdığımız görüntülər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən dövriyyəyə buraxılmamış müəyyən sosial şəbəkə istifadəçilərinin bu kimi çəkilişləri yayması isə hələ o demək deyil ki, görüntülər Ermənistana məxsus pilotsuz uçuş aparatının vurulduğu anın təsviridir. Belə hallarda dəfələrlə bildirmişik və yenə də vurğulayırıq ki, əldə edilmiş bilgilərin Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir. Bu, peşəkarlıq tələbidir. Media orqanı və jurnalist üçün sosial şəbəkədə yayılmış materialın dürüst mənbə ola bilmə mütləqliyi yoxdur. Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları bu sayaq durumlara münasibətdə peşəkarlığı qorumağa, emosiyalara qapılmamağa, mənbənin dəqiqliyinə ciddi önəm verməyə, rəsmi qurumlara istinad etməyə çağırır. Unutmaq olmaz ki, müasir dövr üçün müharibənin informasiya cəbhəsi anlayışı aktualdır və bu cəbhədə ən xırda detal belə müstəsna əhəmiyyətə malikdir. Media orqanlarımızın, jurnalistlərimizin, cəmiyyətə informasiya verməyə məsul hər bir şəxsin məsələni nəzərə alması isə həm qanunlarımızın tələbidir, həm də böyük mənəvi məsuliyyətdir”.
Mətbuat Şurasından jurnalistlərə MÜRACİƏT



Ermənistana məxsus PUA MƏHV EDİLDİ
Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi
SON DƏQİQƏ: Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi
PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir
Düşmənin taktiki PUA-sı məhv edildi
Ermənistana məxsus daha bir PUA MƏHV EDİLDİ
Cəbhədən son xəbər - Ermənilərin uçuş aparatı və artilleriya heyəti məhv edildi
Müdafiə Nazirliyindən SON DƏQİQƏ XƏBƏRİ
SON DƏQİQƏ: Ermənistana məxsus növbəti taktiki PUA MƏHV EDİLDİ
Ermənistan itkilərinin ARTDIĞINI AÇIQLADI - Bir həftə ərzində...
Ərdoğandan Qarabağ ÇAĞIRIŞI
Ermənistana məxsus PUA MƏHV EDİLDİ
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 