Cəbhədə döyüşlər davam edir. ONN media xəbər verir ki, Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtərin yaşayış yerlərini atəşə tutmağa davam edir. Sentyabrın 27-dən bu günədək düşmənin Tərtərin mərkəzi və kəndlərinə atdığı mərmilər nəticəsində 8 mülki vətəndaşımız həlak olub, 33-ü isə yaralanıb. Ötən gün isə düşmənin atdığı top mərmiləri nəticəsində 3 ev tamamilə dağılıb, 35 evə isə ziyan dəyib. Çoxmərtəbəli yaşayış binasında 3 mənzilə, 2 istehsal obyektinə və 1 sosial evə zərər dəyib, 2 nəfər yaralanıb. Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 250 evə ziyan dəyib, 59 ev isə tamamilə dağılıb.
1 günə Tərtərə dəyən ziyan - AÇIQLANDI

