Ukrayna Ali Radasının qarşısında COVID-19 pandemiyası ilə əlaqəli müəssisələr üçün tətbiq olunan karantin məhdudiyyətlərinə qarşı sahibkarların mitinqi keçirilir. ONN media xəbər verir ki, sahibkarlar karantin qaydalarına etirazlarını bildirir. Etirazçılar Ukrayna parlamentinin binasının yerləşdiyi Xruşevski küçəsini bağlayıb və Radanın bütün girişlərinin yanında dayanıb. Parlamentin qarşısındakı Konstitusiya Meydanında tribuna düzəldilib, oradan pulsuz mikrofonla danışmaq istəyən hər kəs üçün şərait yaradılıb. Etirazçılar səlahiyyətliləri karantin məhdudiyyətlərini qaldırmağa çağırır. Bundan başqa, parlamentdən sadələşdirilmiş vergi, mühasibat və hesabat sisteminin qorunmasına yönəlmiş iki qanun layihəsini qəbul etmələrini də tələb edirlər. Rada binasının təhlükəsizliyi polis və Milli Qvardiyanın əsgərləri tərəfindən gücləndirilib. Bundan əlavə, təhlükəsizlik qüvvələrini daşıyan avtobuslar qonşu küçələrdə gəzir, yanğınsöndürən maşınlar hazır vəziyyətə gətirilib. Ukrayna Nazirlər Kabineti bu ilin sonuna qədər qüvvədə olan ümummilli karantin və fövqəladə vəziyyəti 28 fevrala qədər uzadıb. Sərt karantin məhdudiyyətləri dövründə məktəblər və universitetlər bağlanacaq, bağçaların işi dayandırılacaq. Hər hansı kütləvi tədbir keçirmək qadağandır. Bununla yanaşı, bazarların da işinə qadağa qoyulub.
Ukraynanın paytaxtında kütləvi etiraz aksiyaları keçirilir - VİDEO



İrəvanda parlament binasının qarşısında GƏRGİNLİK
ABŞ-da etiraz aksiyaları keçirilir
Bu ölkədə sərt karantin rejimi ləğv edilir
İrəvanda Paşinyana qarşı mitinq keçirilir
İrəvan QARIŞDI: Azadlıq meydanında...
“Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb
Livanda etirazçılar Prezidentin istefasını tələb edir
Tiflisdə gərginlik - Tələblər qəbul olunmasa...
Tbilisidə etirazlarla bağlı SON DURUM: parlament binası qarşısında...
Ermənistanda daha bir etiraz aksiyası keçirilib
Paşinyan vətəndaşları həbs etdirir
Gürcüstanda etiraz aksiyaları yenidən başladı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq?
Xəzər dənizində zəlzələ oldu
Messi rekordları alt-üst etdi
Məryəmin orqanları 6 nəfərə həyat verdi
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir
Neft sürətlə ucuzlaşır 