Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətində problem yaranıb.
ONN media xəbər verir ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Prezident Sarayındakı kürsüdə çıxış edən F.Oktay özünü narahat hiss edib.
Elə yerindəcə vitse-prezidentə tibbi yardım göstərilib.O, vəziyyəti ilə bağlı “həkimlərimizin söylədiyi qədərilə ifadə edirəm ki, yuxusuzluq və yorğunluqla bağlı kiçik narahatlıq yaranıb” sözlərini deyib.
Bir müddət dincəldikdən sonra yenidən kürsüyə çıxan Fuat Oktay göstərilən anlayış üçün hər kəsə təşəkkür edib.