Xırdalan şəhərində yerləşən Bakı Mühəndislik Universitetinin qarşısından keçən yolun bir hissəsi dağılıb.
ONN media xəbər verir ki, Xırdalan şəhəri Həsən Əliyev küçəsi 120 ünvanında yerləşən ərazidəki avtobus dayanacağının qarşısında və yolun hərəkət hissəsində yaranmış çuxurlar ərazidə yağış sularının toplanmasına və bu da yolun asfalt örtüyünün məhv olmasına gətirib çıxarıb. Nəticədə hər gün ərazidən istifadə edən və avtobusla universitetə gəlib-gedən tələbələr əziyyət çəkir.
Sərnişinlər aidiyyatı qurumlardan məsələnin tezliklə həll edilməsini xahiş ediblər.