Deputat Malik Həsənov parlamentin son plenar iclasındakı çıxışında enerji vahidiylə informasiya vahidini səhv salıb. ONN media xəbər verir ki, 2021-ci ilin büdcə müzakirələri zamanı özünün 5 dəqiqəlik çıxışını vərəqdən oxuyan yeni deputatımız işğaldan azad olunan torpaqlarımızın potensialından danışarkən, sonda deyib: "Məndə olan statistik rəqəmlərə əsasən, işğaldan azad olunmuş ərazilərdə təxminən 100 min hektar civarında yeni əkin sahələri, 100 meqabayt (!) miqdarında isə əlavə enerji gücü, mineral ehtiyatlar əldə etmişik...” Məlum olduğu kimi, güc vahidi meqabayt deyil, meqavattdır. Meqabayt isə informasiya vahididir. Ancaq göründüyü kimi, parlamentdə Cəlilabadı təmsil edən deputat kağıza yazılan çıxışını üzündən belə düz oxuya bilməyib. Hər halda, ali təhsilli deputat meqabaytla meqavattın fərqini bilməmiş deyil. Deməli, görünür bu mətni yazanlar enerji vahidilə informasiya vahidini səhv salıblar... Yəqin ki, deputat 5 dəqiqəlik mətni kağıza yazdırmaqdansa, əzbərləsəydi daha yaxşı olardı... Qeyd edək ki, deputat parlamentin son plenar iclasındakı çıxışını özünün “facebook” səhifəsindən yayımlasa da, sonradan silib...(AzPolitika.info )
Deputat yeni enerji vahidi “kəşf edib” - Və telefonla transformatoru səhv salıb



Deputat cərimələrin silinməsini təklif etdi
Laçın və Kəlbəcərdə külək elektrik stansiyaları tikiləcək
KİV-ə ayrılan vəsait artırılsın – TƏKLİF
Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... — Deputatdan AÇIQLAMA
Deputat kafedə müştərini döydü - ŞOK OLAY
Türk nazirdən Qarabağ açıqlaması
Milli Məclis Jalə Əliyevayla bağlı məlumat yaydı
Trampdan gülməli səhv
Deputatdan nazirə müraciət
İlham Əliyev bu şirkətləri Qarabağa dəvət etdi
Deputatdan parlamentin iclasında GÖZLƏNİLMƏZ ADDIM
Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
İstanbul Bəyannaməsi imzalandı
Aşuranın vaxtı açıqlanıb
Güclü geomaqnit qasırğası olacaq
Kremldən Paşinyanın qələbəsinə reaksiya
İran XİN-in binasında güclü partlayış oldu
Azərbaycanda sabah yağış yağacaq
Məktəblərdə Tiktoka çıxış bloklandı
Azərbaycan bu Avropa ölkəsində səfirlik açır
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı
Əhaliyə XƏBƏRDARLIQ - İyunun 10-na qədər...
Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
MM-də müzakirələr başladı
Paşinyan Azərbaycana çağırış etdi 