Yaxın zamanlarda Laçın və Kəlbəcər rayonlarında külək elektrik stansiyalarının tikintisi planlaşdırılır. Bunu Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələri sahəsində layihələr elektrik enerjisinə tələbdən asılı olaraq hazırlanacaq: "Azad edilmiş ərazilərdə aparılan monitorinq zamanı külək enerjisi sahəsində ən böyük potensialın Laçın və Kəlbəcərdə olduğu müəyyən edilib. İlkin araşdırmalar göstərib ki, müəyyən ərazilər küləyin sürəti və istiqaməti baxımından külək elektrik stansiyalarının tikintisi üçün uyğundur. Həmin ərazilərdə küləyin orta sürəti saniyədə 12 metrə çatır ki, bu da beynəlxalq standartlara görə, stansiya tikintisi üçün əlverişli hesab olunur". O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb. "Azad edilmiş ərazilərdə külək enerji potensialından səmərəli istifadə üçün enerji idarəetməsinə müasir yanaşmalara əsaslanan texnologiyaların hazırlanması planlaşdırılır. Bundan başqa, layihə çərçivəsində bu sahədə beynəlxalq təcrübənin və elektrik enerjisinə tələbin öyrənilməsi nəzərdə tutulur".
Laçın və Kəlbəcərdə külək elektrik stansiyaları tikiləcək



Əli Əsədov sərəncam imzaladı
Külək turbinlərinin tikiləcəyi ərazilərdə 6 ölçü-müşahidə stansiyası quraşdırılıb
Prezident: Ermənilər Laçın da 5 su elektrik stansiyasını dağıdıb
Əli Əsədov qərar imzaladı
Tarif Şurasına yeni səlahiyyət verildi
Energetika Nazirliyində bu məsələlər müzakirə edilib
“Siemens Gamesa” şirkəti ilə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Prezident sərəncam imzaladı
Azərbaycanda 40 -a yaxın kənd İŞIQSIZ QALDI
Kəlbəcərdə İşçi Qrupunun iclası başladı
Güclü küləyin yaratdığı QORXUNC MƏNZƏRƏ - FOTOLAR
İlin sonunda bərpa olunan enerji hərracları keçirilə bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 